Brüsseldə “Türk xofu”...
03.04.2024 [10:00]
5 aprel görüşü yeni nizamın ən mühüm oyunçusuna çevrilən TDT-ni hədəfə alır
Günümüzün reallığında dünyanı ağuşuna almış kataklizmlər istər bölgəsəl, istərsə də qlobal nəticələrə hesablanan qarşıdurmalardan “bəhrələnir”. Xüsusilə, müstəqil xarici siyasət kursuna malik ölkələrin öz ətrafında formalaşdırdığı əməkdaşlıq platformaları qarşıdurmalardan bəhrələnən güclərin narahatlığına səbəb olur. Həmin güclər müstəqil sübyektlərin onların deyil də özünün və əməkdaşlıq etdiyi ölkələrin maraqları çərçivəsində həyata keçirdiyi layiəhələrlə razılaşmır, bunun həyata keçməməsi üçün əlindən gələni edir. Təbii ki, indiki halda bunu ən rahat şəkildə lokal qarşıdurmalar vasitəsilə həyata keçirirlər.
Qərb TDT-yə qarşı “reaksiyalar” yaratmaq fikrindədir...
2020-ci il Vətən müharibəsi və 2023-cü il lokal antiterror tədbirləri Qərbin Cənubi Qafqaz üzərindəki planlarını suya düşürdü. Onilliklər boyu separatizmə açıq-gizli dəstək verərək, işğalçı Ermənistanı stimullaşdıraraq bölgədə diskomfortun yaranmasında maraqlı olan Qərb Azərbaycanın qurduğu yeni reallıqların nəticələrindən qorxur.
- Azərbaycan Mərkəzi Asiya - Cənubi Qafqaz - Kiçik Asiya geocoğrafi məkanının yeni siyasi-hərbi təmərküzləşməsini yaradır;
- Orta Dəhliz ticari aortası müstəqil dövlətlərin milli maraqlar kotenkstindəki əməkdaşlıqlarını daha da yüksəldir;
- Azərbaycan və Türkiyə regional birliyin güclənməsinə real imkanlar formalaşdırır;
- İki qardaş ölkənin təşəbbüsü ilə ildən-ilə güclənən və təməlləri daha da sarsılmaz gücə çevrilən, fərqli strukturlarının yaradıldığı Türk Dövlətləri Təşkilatı yeni nizamın ən fəal və əsas aktoru kimi meydana çıxır.
Beləliklə, aydın olur ki, Qərbin indiki zamanda Ermənistana göstərdiyi “qayğı”nın altında məhz bu real tezislərə qarşı konturhərəkətlənmə dayanır. Başqa sözlə, 5 aprel görüşü ABŞ-ın və Aİ-nin gələcək perspektivdə TDT-dən çəkinməsinin bariz sübutudur. Onlar anlayırlar ki, indiki məqamda prosesə bu və ya digjər şəkildə “müdaxilə” etməsələr, yeni dünya nizamında bölgənin əsas gücü qismində TDT və bölgə dövlətləri çıxış edəcəklər.
Türk birliyi yeni dövrün siyasi lokomotivi rolunda...
Bu fakt təkzibolunmazdır - vaxtilə işğalçı Ermənistan və onun kimiləri sayəsində türk dünyasına təzyiq rıçaqları əldə edənlər bu gün öz fəaliyyətini eyni məzmunda davam etdirmək istəyirlər. Amma dövran o dövran deyil - artıq Azərbaycan və Türkiyənin timsalında ortaq türk birliyi, ortaq türk gücü regional məsələlərin həllində əsas söz sahibi kimi çıxış edir. Artıq Qərb Şərqdən gələn Türk axınını hiss edir - cəld tərpənənlər türk dünyası ilə işbirliyi arzusunu ortaya qoyur. Öz ambisiyalarının əsirinə çevrilmiş ABŞ və Ai kimiləri isə Ermənistan kimi “alətlərin” əli ilə müstəqil siyasət yürüdən dövlətləri yolundan döndərmək istəyir.
Bəli, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Azərbaycan, Türkiyə kimi TDT üzvü dövlətlər qarşıdakı əsrin ən mühüm “sərvətinə” - beynəlxalq yola sahibdirlər. Neçə əsrlər öncə, “Böyük İpək Yolu” vasitəsilə Şərq mədəniyyətini, Şərq inkişafını, Şərq dövlətçilik ənənələrini mənimsəyən, əxz edən Qərb bu gün Şərqə potensial rəqib kimi yanaşır. Xüsusilə Türk dünyası yeni əsrin ən əsas amili kimi zühur etməkdədir. Cəmisi 14 ildir ki, fəaliyyət göstərən təşkilatlanmış Türk birliyi qısa zamanda özünü təsdiq edib:
- Yeni enerji siyasəti ilə qlobal enerji təhlükəsizliyi məsələsində əhəmiyyətli yer tutub;
- Geocoğrafi üstünlüklərini iqtisadi dividendə çevirə bilib - burada Azərbaycanın təəbbüsü ilə reallaşan tranzit nəqliyyat kommunikasiya xəttləri xüsusi vurğulanmalıdır;
- Sabit və təhlükəsiz daşınma xətti müəyyənləşdirib - burada da Azərbaycanın qəti qələbəsi ilə bitən Vətən müharibəsinin və lokal antiterror tədbirləri nəticələri xüsusi əhəmiyyət daşıyıb;
- Ortaq maraqları uzlaşdıraraq mədəni inteqrasiyanı gücləndirib;
- Eyni ortaq maraqların fonunda həlledici xüsuslarda razılıqlar əldə edilb - məsələn, gömrük sahəsində əməkdaşlıq, ticarət dövriyyəsinin artırılması, xüsusilə Ələt limanı vasitəsilə dünya bazarına çıxış əldə olunması.
Bu kimi faktorlar yeni dövr üçün Türk dünyasını bütün qlobal cəmiyyətlər üçün diqqət mərkəzinə salır.
ABŞ-ın Zəngəzur dəhlizi “planı”...
Qərbin bölgəyə münasibətini təhlil edərkən bir amili xüsusən diqqətdən kənarda qoymaq olmaz - Abş və Aİ son dövrlərdə Zəngəzur dəhlizi ilə bağlı perspektivin arxa plana atılması üçün bütün gücünü sərf etməkdədir. Bəlli məsələdir ki, Zəngəzur dəhlizinin yaradılması ideyası Azərbaycan dövləti tərəfindən irəli sürülüb. Məhz Prezident İlham Əliyev Azərbaycanın əsas hissəsi ilə blokadada qalan Naxçıvan arasında kommunikasiya əlaqələrinin bərpa edilməsi ilə bağlı müvafiq bəndin üçtərəfli Bəyanatda əks olunmasını istəyib və buna nail olub. Sonradan dövlətimizin başçısı bəhs olunan marşrutun keçəcəyi ərazinin tarixini nəzərə almaqla onu Zəngəzur dəhlizi adlandırdı və bu termin beynəlxalq səviyyədə qəbul olundu.
Bu dəhlizin yaradılması Azərbaycanın milli və strateji maraqları çərçivəsindədir. Eyni zamanda, dəhlizin fəaliyyətə başlayacağı təqdirdə ölkəmizin tranzit imkanları daha da genişlənəcək. Zəngəzur dəhlizinin yaradılmasında region dövlətləri ilə Azərbaycanın maraqları üst-üstə düşür. Dəhliz açılandan sonra Azərbaycan ərazisindən keçməklə Rusiyadan Ermənistana dəmir yolu xəttinin açılma ehtimalı da var. Həmçinin Rusiya ilə İran arasında Naxçıvan ərazisi ilə dəmir yolu bağlantısı yaratmaq mümkün olacaq. Bundan başqa, İran ilə Ermənistan, Türkiyə ilə Rusiya arasında dəmir yolu bağlantısı yaratmaq imkanları meydana çıxacaq. Xüsusilə, Orta Dəhlizin yeni seqmenti kimi Zəngəzur dəhlizi həm rentabelliyinə, həm də effenktivliyinə görə mühüm əhəmiyyət daşıyır. Bütün region ölkələri yeni infrastruktur layihəsindən fayda götürə bilərlər. Zəngəzur dəhlizinin yaradılmasında ən mühüm məqamlardan biri isə türkdilli ölkələr arasında əlaqələrin genişlənməsi üçün yeni imkanların açıması ilə bağlıdır. Mərkəzi Asiyadakı türkdilli ölkələr Orta Dəhliz vasitəsilə Azərbaycanla bağlanıb. Orta Dəhlizin Zəngəzur qolu Mərkəzi Asiya dövlətlərini Türk dünyasının aparıcı ölkəsi olan Türkiyə ilə daha qısa məsafədə birləşdirmək fürsəti yaradır.
Artıq illərdir ki, Ermənistan manipulyativ davranışlarla Zəngəzur dəhlizinin yaradılmasını yubadır. Məğlub Ermənistanı manipulyativ davranışlara sövq edən həm də kollektiv Qərbdən gələn mesajlar, ABŞ və Aİ-nin davranışlarıdır. ABŞ-ın Zəngəzur dəhlizi ilə bağlı planları tamam fərqli məzmun daşıyır - təsadüfi deyil ki, hələ ötən ilin sonlarında dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayen Ağ Evin Zəngəzur dəhlizinin yaradılmasında da geosiyasi maraqlar güdüyünü ortaya qoyurdu. O, ölkəsi tərəfindən Zəngəzur dəhlizinin güc yolu ilə açılması cəhdlərinin qəbul edilməyəcəyini bildirirdi. Ortaya ritorik sual çıxır - axı, Azərabycan da daxil olmaqla heç bir ölkə Zəngəzur dəhlizinin güc yolu ilə açılacağı ilə bağlı fikir səsləndirməmişdi. Beləliklə, ABŞ-ın Zəngəzur dəhlizi məsələsindən özünün təxribatçı planlarında istifadə etmək üçün hazırlaşdığını demək mümkündür. ABŞ-ın bu kimi planları isə ölkələrə təhdidlər yaratmaqlda yanaşı, region dövlətlərinin maraqlarını da inkar edilir. Açıq-aydın görünür ki, ABŞ Zəngəzur dəhlizini də Qərb-Rusiya qarşıdurmasının bir seqmentinə çevirməyə çalışır...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxAnalitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58

