5 aprel “görüşündə”...
04.04.2024 [10:10]
Hədəflərdən biri - Kreml
Azərbaycan dövlətinin yürütdüyü uğurlu, əməkdaşlığı hədəfləyən və təhlükəsizlik arxitekturasının möhkəmlənməsinə töhfələr verən siyasi kurs nəinki ölkəmizin, bütövlükdə yerləşdiyimiz regionun inkişafına təkan verir. Bu gün ölkəmizin Cənubi Qafqazın ümumi inkişaf tempinin daha da sürətlənməsi, əməkdaşlıq platformalarının genişləndirilməsi işində oynadığı rol əvəzsizdir. Xüsusi qeyd edilməlidir ki, 2020-ci ildə baş vermiş Vətən müharibəsinin və 2023-cü il lokal antiterror tədbirlərinin nəticələri - Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi, regional kommunikasiyaların açılması perspektivinin yaranması mühüm inkişaf tempi vəd edirdi. Regionda separatizmin sonunu gətirərək Cənubi Qafqazı əməkdaşlıq adasına, qlobal iqtisadi maraqların uzlaşma məkanına çevirən Azərbaycan yeni - sabit, inkişafa yönəlik dövrün başlanğıcı üçün mühüm planlar da yaratmışdı.
Qərb nəyi istəmir?
Vətən müharibəsindən sonra aktuallaşan bir sıra əməkdaşlıq formatları - “3+3”, “3+2” və nəhayət “2+2” kimi rəmzi şəkilləndirmə ilə xarakterizə olunan platformalar bütövlükdə, Qafqazda sülhün, sabitliyin qorunmasını şərtləndirən amilə çevrilmək imkanından xəbər verir. Çünki iqtisadi əməkdaşlıqlar regionun təhlükəsizliyinin, sülhün və sabitliyin daha yüksək səviyyədə təminatının qarantı kimi çıxış edir. Azərbaycanın son antiterror tədbirləri ilə yaratdığı mənzərə isə regionun gələcəyinin yeni inkişaf strategiyası sayıla bilər. Təbii ki, Cənubi Qafqaz ölkələri bu yeni inkişaf strategiyasını yaxından təqib etməli idilər. Azərbaycan bütövlükdə Cənubi Qafqaz üçün önəmli infrastrukturları onsuz da formalaşdırıb - Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu və Orta Dəhliz kimi mühüm layihələr, perspektiv Zəngəzur dəhlizi kimi rentabelli yollar yeni mərhələdə bu inkişafı daha da irəliyə daşımaq əzmində idi.
Ermənistanın isə yeni mərhələdə davranışları adekvat olmadı. İllərdir ki, Azərbaycanın regionda yaratmağa çalışdığı əməkdaşlıq mühiti ortadadır - son proseslər, xüsusilə Orta Dəhlizin rəqəmsallaşdırılması regionun qlobal iqtisadi layihələrin fəal iştirakçısına çevrilmə potensialını daha da artırır. Bunun üçün mühüm əsaslar mövcuddur: məsələn, Cənubi Qafqaz üçün ən mühüm prioritet olan sabitlik və təhlükəsizlik indeksinin yaradılması olmalıdır. Başqa sözlə, bu yeni iqtisadi nizam üçün Ermənistan özünün qeyri-konstruktiv mövqeyindən əl çəkməlidir. Amma bunun qarşılığında yaranan mənzərə tamam fərqli ab-havadan xəbər verir. Ermənistan ABŞ və Aİ-nin “çətiri” altına sığınaraq böyük bir regionda yeni münaqişə formalaşdırmağa niyyətlənib. Uzun müddətdir Fransanın əli ilə silahlandırılan İrəvan Vaşinqtonun “dəstəyi”nə ümid edərək bölgədə nəinki proqnozlaşdırılan yeni mühitə zərbə vurur, eyni zamanda özü də daxil olmaqla bütün dövlətlərin maraqlarına qarşı cəbhə açır.
5 aprel “düyünü”...
5 aprel görüşünün siyasi izahı fərqli tonlarla müşayiət olunur:
- Bəzilərinə görə, bu “danışıqlar” ABŞ-Aİ birliyinin bölgəni qeyri-dəqiq müddətə sabit inkişaf yoluna çıxarmağa imkan verməyən “keçid layihəsi”dir;
- Bəziləri isə düşünür ki, ABŞ bu yolla Şərq-Qərb ticarətini bloklamağa, başqa sözlə, Mərkəzi Asiya - Cənubi Qafqaz xəttinə “zərər vurmaqla” bütövlükdə Avropanı özündən asılı vəziyyətə salmağa niyyətlidir;
- Bir qism isə Ermənistanın yeni Ukraynaya çevrilməsi “perspektivini” birbaşa antiregion siyasətindən qaynaqlandığını düşünür.
Ayrı-ayrılıqda irəli sürülən bütün tezislərin həqiqət yükü mövcuddur. Və bütün hallarda prosesin gedişinə diqqət yetirdikdə bir açıq mənzərə göz önündə canlanır: ABŞ və Aİ-nin 5 aprelə planlaşdırdığı “görüşün” əsas hədəfi Cənubi Qafqazda cəmlənmiş iqtisadi - siyasi tərəfdaşlıq maraqlarını bitirməkdən ibarətdir. Beləliklə, ABŞ və Aİ-nin Ermənistan üzərindən apardığı siyasət yeni dövrün özünəməxsus “çağırışlarını” formalaşdıracaq. Halbuki:
- Azərbaycan Cənubi Qafqazı qarşıdurma, rəqabət məkanı kimi deyil, tərəfdaşlıq və əməkdaşlıq məkanı kimi təqdim edir;
- Qlobal iqtisadi nizamda Cənubi Qafqazın fəal iştirakının təmini uğrunda mübarizə aparır;
- Yüksək səviyyəli əməkdaşlıqların formalaşmasında maraqlıdır.
Xarici siyasətimizin strateji əsaslarından biri olan bu ideya, onun konstruktiv məzmunu hazırki real siyasi proseslərdə özünü doğruldur - beynəlxalq münasibətlərin mürəkkəb mərhələsində Azərbaycan Cənubi Qafqazı strateji tərəfdaşlıq üçün cazibə mərkəzinə çevirir. Azərbaycan Şərq ilə Qərbin həm sivilizasiyalararası, həm iqtisadi əməkdaşlıq, həm də siyasi tərəfdaşlıq maraqlarını Cənubi Qafqazda cəmləyir - “Cənubi Qafqaz evi” platforması mərhələli şəkildə reallığa doğru addımlayır. Bu, Azərbaycanın öz qonşuları üçün də yaratdığı böyük imkandır. Bəli, əsas düyün də buradadır...
“Ermənistan planı” - Rusiya bölgədən izolə edilir
ABŞ və Aİ-nin Ukraynada nail ola bilmədiyi “müharibə cədvəli”nin yeni bölməsi məhz Cənubi Qafqazdır. Bəlli məsələdir ki, Ermənistanın hərbi və ya siyasi müttəfiq kimi “tanınması” nə Vaşinqtona, nə də Brüsselə nəsə qazandırmır, hətta vəd etmir. Ermənistanın olmayan hərbi “gücü” regionda hansısa hərbi müttəfiqliyi istisna edir. Amma ABŞ-a və ya Aİ-yə gərək olan bəzi məziyyətlər məhz Ermənistanda mövcuddur:
- Ermənistan Azərbaycan, İran və Türkiyə ilə həmsərhəd, Rusiya ilə yaxın ölkədir;
- KTMT-nin bu və ya digər şəkildə üzvüdür (iştirakını dondursa da);
- Avroasiya İqtisadi İttifaqının üzvüdür;
- Cənubi Qafqazda bufer xarakteri ilə “ürək bulandıra” bilir;
- “Əl oyuncağı” olmaq üçün hər zaman hazırdır.
Beləliklə, bu dövlətdən istifadə etməklə bölgə üçün pronozlaşdırılan bütün laiyhələrə pəl vurmaq olar. ABŞ və Ai-nin əsas planı isə Ermənistandan istifadə etməklə Rusiyanı hədəfə almaqdır. Ermənistandakı bütövlükdə Rusiyanın hərbi varlığını öz xeyrinə dəyişməklə böyük bir coğrafyada yeni düzən quracağını düşünən ABŞ-Aİ cütlüyünün səyi buna hesablanıb. Qərb düşünür ki, gələcək perspektivdə Rusiya ilə TDT arasındakı əlaqələrin mümsbət dinamika ilə artması ABŞ-Aİ birliyinə mühüm alternativ formalaşdırır. Bunun qarşısını almaq üçün isə hazırki məqamda Ermənistanın “xidmətindən” istifadə olunur. Yuxarıda qeyd edilən “3+3” və ya “3+2” kimi proqnozlaşdırılan layihələrin reallaşması isə birbaşa ABŞ və ya Aİ üçün iqtisadi təhdid kimi qəbul edilir. Bu baxımdan, kollektiv Qərb Moskvanı maksimum bölgədən uzaqda tutmağa çalışır.
Bəli, Rusiyaya birbaşa, digər region dövlətlərinə isə dolayısı ilə təhdid yaradan “Ermənistan planı” ən xırda detallarına qədər Qərb maraqlarına uyğunlaşdırılıb. Burada bölgə təmsilçilərinin minimal mənafeyi belə gözlənilimir. Rusiyanın regiondan təcrid olunmaçsı ilə yanaşı, müstqil xarici siyasət kursuna malik başqa dövlətləri də hədəfə alan bu “plan”ın reallaşmaması üçün isə bölgə ümumi halda Ermənistana açıq etirazını yönləndirməlidir...
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxDünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18

