ABŞ-ın arzusu “Çin” olacaqmı?
04.04.2024 [10:40]
Vaşinqtondan Pekinə edilən zəngin “sirri”...
Son dövrlərdə nəzərəçarpan dərəcədə dərinləşən qütblərarası savaş yaxın dövr üçün dünyanın yeni siyasi-iqtisadi düzənini formalaşdırmağı hədəfləyir. İstər Asiyada, istərsə də Avropada baş verən proseslər qarşıdakı mərhələdə yeni siyasi-iqtisadi münasibətlərin meydana çıxmasını, o cümlədən yeni əməkdaşlıq platformalarının yaranmasını şərtləndirir. Bununla bağlı Qərb mətbuatı da “həyəcan siqnalı” verir. “The Washington Post”, “New York Times” kimi nəşrlər Qərb ölkələrinin son iki yüz illik iqtisadi-siyasi, hərbi hegemonluğunun 2040-cı ilə qədər yeni güclər tərəfindən başa çatdırılacağını yazır. ABŞ, Avropa İttifaqı kimi güclərin üstünlüyünün əsasən iqtisadi fəallığa əsaslandığını önə alan siyasi ekspertlərin cəmisi 100 il öncəsi vəziyyətinə nəzər saldıqda bir çox predmetlər aydın olur: məsələn, 1950-ci ilə qədər yalnız ABŞ-ın alıcılıq qabiliyyəti pariteti Çin, Hindistan və Rusiyanın birləşməsindən daha böyük ümumi daxili məhsula malik idi. 2000-ci ildə isə hazırda Moskvaya qarşı sanksiyalar tətbiq edən dövlətlər - Avropa İttifaqı və əksər NATO ölkələri, həmçinin Yaponiya, Cənubi Koreya, Avstraliya, Yeni Zelandiya, Tayvan, İsveçrə və Sinqapur - dünya ÜDM-in 79,4 faizini istehsal ediblər. 2020-ci ilə qədər bu rəqəm 60,4 faizə düşüb.
Qərbin 200 illik iqtisadi hegemonluğu başa çatır...
Qərb təhlilçilərinin fikrincə, bunun çoxu Çinin meteorik yüksəlişi ilə bağlıdır. Hətta Hindistan və digər inkişaf etməkdə olan ölkələr də Qərbdən daha sürətli böyüyürlər. Bu ölkələr indi o qədər güclüdürlər ki, hətta Qərbin Rusiya ilə konfliktindəki ümumi gücünə belə tab gətirə bilərlər - mövcud gərgin durumda səssizliyə qərq olmuş bəzi dövlətlər yeni iqtisadi aura yaradırlar. Burada Qərbdən asılılıq minimuma endirilir, Şərq-Qərb tranziti dünyanın aparıcı ticari xəttinə çevrilir. Bu tendensiyanın davam edəcəyi və diqqətin yeni böyük iqtisadiyyatların yaradılmasına yönəldilməsi maraqlı nəticəyə yol açacaq: Təsadüfi deyil ki, bir çox Qərb mənbələri açıq şəkildə Rusiyaya qarşı sanksiyalar tətbiq edən ölkələrin sıralarının seyrəldiyini etiraf edir - məsələn, vaxtilə bu ölkələr ümumi iqtisadi istehsalın 70 faizinə yaxınının təşkil edirdisə, son 2 ildə azalma geniş şəkildə gözə çarpmaqdadır. Hətta proqnozlara görə, 2027-ci ilə qədər isə bu rəqəm 50 faizə yaxınlaşacaq.
2040-cı ilə qədər isə Çin və bəzi Şərq ölkələri birgə alıcılıq qabiliyyəti pariteti baxımından ABŞ və səkkiz ən böyük ölkənin birləşməsindən daha böyük ÜDM-ə sahib olacaqlar. Buna Braziliya, Meksika, İndoneziya və Türkiyə kimi digər inkişaf etməkdə olan gücləri də əlavə etsək, qlobal güc balansı daha da dəyişəcək. Bu yüksələn güclər öz potensiallarını təmərküzləşdirsələr, iddia olunduğu kimi, Qərbin iki yüz illik qlobal iqtisadi hökmranlığına son qoyalacaq.
ABŞ iqtisadiyyatı çökür - “bumeranq effekti”...
Yeri gəlmişkən, 2035-ci ilə qədər Çin iqtisadiyyatının ABŞ-ı geridə qoyaraq dünyanın ən böyük iqtisadiyyatına çevrilməsi ehtimalını Çin Xalq Universitetinin Çonyanq Maliyyə Araşdırmaları İnstitutunun hesabatı da təsdiqləyir. Hesabatda bildirilir ki, Çin növbəti bir neçə il ərzində illik ÜDM artımını 5 faiz civarında və ya 2035-ci ilə qədər ən azı 4 faizdən yuxarı saxlayarsa, bu ssenari mümkündür.
Hindistan, Kanada, Çin, Rusiya və ABŞ-dan olan alimlərin birgə hazırladığı araşdırmada Çinin iqtisadi artım tempinin ABŞ-ı ötdüyü qeyd olunub. Eyni zamanda, yuan beynəlxalq aləmdə möhkəmlənməkdə davam edir və onun beynəlmiləlləşmə dərəcəsi artır.
Qeyd olunub ki, inkişaf etməkdə olan ölkələr gələcəkdə qlobal iqtisadi artımın əsas mühərriki olacaqlar və onların sürətli artımı növbəti onillikdə qlobal ÜDM-i iki dəfə artıra bilər.
2023-cü ilin sonunda Çinin ÜDM-i 5,2 faiz artaraq 126 trilyon yuan (17,7 trilyon ABŞ dolları) həcminə çatıb, ABŞ ÜDM-i isə 2,5 faiz artaraq 26,39 trilyon ABŞ dolları təşkil edib.
Təbii ki, bu fakt ABŞ dövlətinin strateji planlayıcıları tərəfindən də görülür. Artıq illərdir ki, davam edən qütblərarası savaşın rəsmi Vaşinqtona və Aİ-yə hansı zərbələri vurduğu ortadadır - ən azından iqtisadi inkişaf tempinin ildən-ilə azalması, ÜDM-də mənfi saldonun ortaya çıxması çox şeydən xəbər verir. Bu gün qlobal hegemonluq və ya təkqütblü dünya uğrunda mübarizə aparan ABŞ-ın Ukraynada Rusiyanı “çökdürmək” arzusu, Cənubi Qafqaza nəzarət ideyası əslində yuxarıda qeyd edilən çöküş “yolunun” başlanğıcıdır. Xatırlayaq ki, ötən əsrin sonundan bəri ABŞ-ın təkqütblü dünya arzusu 2000-ci illərin əvvəlindən Rusiya və Çin kimi ölkələrin dünyada siyasi-iqtisadi rollarının artması ilə ertələnmişdi. Məhz bu birlik ABŞ-ın “təkqütblü dünya” arzusunun reallaşmasının qarşısını almışdı. Sonrakı dövrdə Moskva ilə Pekin arasında münasibətlər daha da istiləşdi. Çünki hər iki ölkə birqütblü dünyanın deyil, çoxqütblü dünyanın tərəfdarıdır və ABŞ-ın dünyada artan rolundan, tək tərəf olaraq dünyanı bölməsindən narahatdırlar. Hətta Pekinlə Moskva arasında müəyyən problemlərin mövcudluğuna baxmarayaq, iki ölkə arasında son illərdə milyardlarla dollar dəyərində birgə müqavilələr bağlanıb, layihələrə imza atılıb. Eyni zamanda, Qərbin son dövrlərdə Rusiyaya qarşı iqtisadi sanksiyaları daha da genişlənib və Çin Rusiya üçün xilas yoluna çevrilib. Nəticə etibarı ilə Qərbin siyasi və hərbi iddiaları başda Avropa və ABŞ olmaqla əks effekt və ya “bumeranq effekti” verməkdədir. Bunun qarşısını almaq üçün isə...
ABŞ da “Şərq eksperisi”nə minəcək?
ABŞ ötən ilin sonlarından başlayaraq Çinə münasibətdə “isti diplomatiya” yolunu tutub. Hazırda Vaşinqton bu yolu eyni “tempdə” davam etdirmək niyyətini səsləndirir. Aprelin 2-də Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə ABŞ Prezidenti Cozef Bayden arasında telefon danışığı da bunu sübut edir. Baydenin təşəbbüsü ilə reallaşan telefon danışığı zamanı iki ölkə arasında əməkdaşlıq məsələlərinə və tərəfləri maraqlandıran mövzulara dair fikir mübadiləsi aparılıb. Tərəfləri narahat edən məsələlərin həlli üçün təmasların davam etdirilməsinin vacibliyi vurğulanıb. Liderlər Ukrayna böhranı və Koreya yarımadasındakı vəziyyəti də müzakirə ediblər.
Xatırladaq ki, dünyanın 2 ən böyük iqtisadiyyatına malik ölkələri olan ABŞ və Çinin liderləri sonuncu dəfə ötən ilin noyabrında San-Fransiskoda Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) zirvə toplantısı çərçivəsində görüşüblər. Amerika prezidenti o zaman da bildirmişdi ki, iki dövlət həmişə nədəsə razılaşmasa da, görüşləri səmimi, açıq və faydalı olur”. Həmin görüş bəzi siyasi mütəxəssislər tərəfindən qarşıdakı dövrün siyasi-iqtisadi “atlasının” rənglənməsi üçün “razılaşma” kimi xarakterizə olunurdu. İndiki halda isə, iki dövlət arasındakı müzakirələrin daha çox Ukrayna ilə, dolayısı ilə Rusiya ilə bağlılığı çox şeydən xəbər verir. ABŞ-ın regionda yaratdığı diskomfortların iqtisadi geriləmələrə səbəb olması heç bir ölkənin gözündən yayınmır. Vaşinqton isə “ziyanın yarısından qaytımaq” üçün Çinə “ağız açır”. Çünki son dövrlərdə həm Aİ-nin, həm də ABŞ-ın Ukrayna ilə bağlı əvvəlki “atəşi” qalmayıb. Bu mənada, Rusiya ilə “danışıqlar üçün ən real söykənəcək” məhz Çindir. Təsadüfi deyil ki, ötən dövr ərzində bir çox Qərb siyasətçilərinin, dövlət başçılarının “Şərq eksperesi”nə müraciət etdiyinin şahidi olmuşuq - bu sırada Makron ilə Ursula fon der Leyen xüsusilə seçilib...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
03 May 20:18
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52

