Kibertəhlükəsizliklə mübarizə...
16.05.2024 [10:45]
Vətəndaşlar nələrə diqqət etməlidir?
Yeganə BAYRAMOVA
Son illər internet və sosial media istifadəsinin ciddi dərəcə artması ilə hər keçən gün rəqəmsal dünya həyatımıza daha çox daxil olur. Lakin sosial şəbəkələrin və proqram təminatlarının rəqəmsal hücumlardan qorunması da günümüzdə vacib və aktual məsələdir. Bunun üçün kibertəhlükəsizlik tədbirlərinin həyata keçirilməsinə xüsusi ehtiyac var.
Qeyd edək ki, kibertəhlükəsizlik müasir dünyada nisbətən yeni sahədir. Hazırda kibercinayətkarlar texniki vasitə ilə yox, daha çox dələduzluq yolu ilə insanların özlərindən informasiyalar alırlar.
Vətəndaşlarımızın kiber cinayətlərə məruz qalma riskləri də gündən-günə artır. Belə ki, son günlər kiber cinayətkarlar müxtəlif üsullara əl atırlar. Bununla bağlı Daxili İşlər Nazirliyi (DİN) də davamlı məlumat yayır. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, sosial şəbəkələrdə şübhə doğurmayacaq formada cinayətkar fəaliyyəti var. Ona görə də, vətəndaşlara kiberüsulla hazırlanan nömrələrdən daxil olan şübhəli zənglərə, mesajlara qarşı tədbirli olmaq, danışmadan, yazışmadan həmin nömrələri bloklamaq barədə xəbərdarlıq edilib.
1 gündə baş verən hadisələr...
DİN-nin mətbuat xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev son günlər vətəndaşlarımızın qarşılaşdığı kibercinayətkarlıq faktlarını sadalayıb: “Sizinlə danışan, yazışan Azərbaycan dilində sərbəst danışan xarici vətəndaş, hətta azərbaycanlı da ola bilər. O da ola bilər ki, həmin şəxs sizin haqqınızda tam məlumatlıdır, çünki barənizdə həmin məlumatları sosial şəbəkə üzərində olan qeydlərdən, yaxud dostlarınızdan, qohumlarınızdan götürüb.
Kibercinayətkarlıq-talamalar tək oğurluq əməllərini əhatə etmir. Sosial şəbəkələrdə dələduzluq halları da geniş vüsət alıb. Onlarla vətəndaş dələduzluq hallarının qurbanı olub. Təkcə mayın 13-də baş verən hadisələrə baxaq: Ayrı-ayrı vətəndaşlara məxsus bank kartlarından aldatma üsulu ilə 9 min, 8 min 485, 370, 425, 1482, 350, 165, 1420, 165, 140, 3 min, 150, 350, 600, 3100, 360, 2700, 50, 25, 700, 2181 manat, 471 və 1850 ABŞ dolları məbləğində pul vəsaitləri talanıb.
Faktların təhlili göstərir ki, vətəndaşlar instaqram, teleqram, feysbuk, tik-tokda səhifə, kanal və platformalar üzərindən əlavə gəlir qazanmaq, sığorta ödənişləri, turist səyahətləri, mebel sifarişi, qızıl satışı, ev-alqı satqısı, kirayə, kredit adı altında verilən yalan vədlərə inanaraq həmin tələb olunan məbləğləri başqa-başqa bank hesablarına köçürüblər. Sonradan həmin hesablar, linklər, telefon nömrələri dərhal qapadılıb”.
Vətəndaşların özləri informasiyanı verirlər...
Texnobloqer Fərdi Pərdəşünas “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, bu gün ölkəmizdə kibertəhlükəsizliyin təmin olunması üçün qanunvericilik bazasına nəzər salanda kifayət qədər qanunvericilik bazasının olduğu görünür: “Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Texnologiyalar Nazirliyi yanında elektron təhlükəsizlik xidmətinin vətəndaşların kibertəhlükəsizliyinin qorunması məsələsi ilə bağlı fəaliyyəti var. Yəni, bir neçə qurum bu məsələ üzrə təhkim olunub və işləri aparırlar. Lakin bizim müasir dövrdə son illərdə gördüyümüz məsələlər texniki kiberhücumlar olmadığına görə bu dövlət qurumlarının bu növ kiberdələduzluq hücumlarında rolunun az olduğunu görürük. Səbəb isə ondan ibarətdir ki, artıq texnologiyalar yaxşı bir səviyyədə o qədər inkişaf edib ki, kibercinayətkarlar adətən texniki müdaxilələr vasitəsilə yox, dələduzluq metodları ilə insanların özlərindən informasiya alırlar. Burada da təhlükəsizliyimizi təmin edən platformalar oyundan kənarda qalırlar. Çünki burada vətəndaşın özü kiberdələduza aldanaraq öz məlumatlarını təqdim edir”.
Operativlik artırılmalıdır...
Ekspertin sözlərinə görə, Azərbaycanda kibertəhlükəsizlik sahəsində işlərin gücləndirilməsi üçün əsas atılmalı olan addım operativ işlərin artırılmasıdır: “Düşünürəm ki, mövcud infrastrukturumuz və mövcud qanunvericilik bazası kibertəhlükəsizliyin təmin olunmasına imkan verir. Sadəcə burada operativ işləri bir az artırmaq, qaynar xəttin əməkdaşlarını genişləndirmək, daha çox zənglər qəbul eləmək və “piar promotion” dediyimiz bu qurumların insanlara çatdırılmasını təmin eləməkdir. Yəni insanlar xəbərdar olsun ki, başlarına belə hadisə gələndə kimə müraciət eləmək lazımdır”.
Kibergigiyenik qaydalar öyrənilməlidir...
F.Pərdəşünas kibertəhlükəsizliklə bağlı maarifləndirmə prosesinin də gücləndirilməli olduğunu vurğulayıb: “Maarifləndirmə prosesi nəyə görə lazımdır? Çünki bayaq da dediyim kimi bizə gələn hücumlar texniki hücumlar deyil. Yəni bu hücumların qarşısını nə dövlət qurumları ala bilir, nə özəl təşkilatlar ala bilir. Bizə lazım olan insanların kibergigiyenik qaydalar dediyimiz qaydaları öyrənməsidir. Buna görə də qurumların birinci məsuliyyəti məhz insanlara kibergigiyenik qaydaları öyrətməkdir. Müxtəlif televiziya , radio, internet resursları vasitəsilə kibergigiyenik qaydalardan insanları xəbərdar etmək lazımdır. İnsan sosial şəbəkədə qeydiyyatdan keçən zaman ikimərhələli təsdiqi aktivləşdirə bilər. Sosial şəbəkədə qeydiyyatdan keçən zaman, məsələn, nəyə diqqət eləmək lazımdır. Fişinq nədir, vişinq nədir, smişinq nədir. İnsanlar bu hücum növlərindən yavaş-yavaş agah olsalar, kiberdələduzluq nümunələri ilə tez- tez tanış olsalar, artıq onlarda bir fikir yaranacaq. Onlar qarşılarına çıxan hadisəni görəndə artıq onun qurbanına çevrilməyəcək”.
Kibertəhlükəsizliyin etibarlı təmin edilməsi dövlətin təkbaşına imkanları xaricindədir, bu problemin həlli bütün maraqlı tərəflərin- dövlətin, özəl sektorun və vətəndaşların tərəfdaşlığını və əməkdaşlığını tələb edir.
Xəbər lenti
Hamısına baxSiyasət
10 May 12:32
Gündəm
10 May 12:27
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10

