/ / Akademik Vasim Məmmədəliyevin 70 illik yubileyinə həsr olunmuş “Şərqşünaslığın aktual problemləri” mövzusunda konfrans keçirilib
Akademik Vasim Məmmədəliyevin 70 illik yubileyinə həsr olunmuş “Şərqşünaslığın aktual problemləri” mövzusunda konfrans keçirilib
15.11.2012 [00:27]
Dünən Bakı Dövlət Universitetində (BDU) bu ali məktəbin İlahiyyat fakültəsinin dekanı, ərəb filologiyası kafedrasının müdiri, Əməkdar elm xadimi, görkəmli şərqşünas-alim, filologiya elmləri doktoru, akademik Vasim Məmmədəliyevin 70 illik yubileyinə həsr olunmuş “Şərqşünaslığın aktual problemləri” mövzusunda respublika elmi konfransı keçirilib.
AzərTAc xəbər verir ki, ayrı-ayrı qurum nümayəndələrinin, Milli Məclis deputatlarının, tanınmış alim və mütəxəssislərin, tələbələrin iştirak etdikləri tədbirdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov, şərqşünaslıq fakültəsinin dekanı, dosent Elxan Əzizov görkəmli alim Vasim Məmmədəliyevin mənalı və şərəfli ömür yolundan, geniş elmi və pedaqoji fəaliyyətindən, qazandığı nailiyyətlərdən danışıblar.
Qeyd edilib ki, V.Məmmədəliyev 1942-ci il avqustun 27-də Bakıda anadan olub. 1959-cu ildə orta məktəbi, 1964-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsini bitirib, Tbilisi Dövlət Universitetinin aspiranturasında oxuyub. V.Məmmədəliyev Tbilisidə “Müasir ərəb-Azərbaycan ədəbi dilində və İraq dialektində felin zaman formalarının müqayisəli tipoloji təhlili” mövzusunda namizədlik, 1974-cü ildə “Müasir ərəb ədəbi dilində felin zaman, şəxs və şəkil kateqoriyaları” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, keçmiş SSRİ məkanında ərəbşünaslıq sahəsində ən gənc elmlər doktoru olub.
V.Məmmədəliyevin elmi araşdırmaları ərəb dilçiliyi və ümumi dilçilik sahələrini, islamşünaslıq və digər sahələri əhatə edib.
V.Məmmədəliyev İraq Elmlər Akademiyasının, Suriya Quran Elmləri və Ərəb Filologiyası Akademiyasının və Misir Ərəb Dili Akademiyasının müxbir üzvü, İslam Konfransı Təşkilatının (hazırda İslam Əməkdaşlıq Təşkilatı) Müsəlman Hüququ Akademiyasının üzvüdür.
V.Məmmədəliyevin 30-dan çox kitabı nəşr olunub. Alimin “Ərəb ədəbi dilində felin zaman, şəxs və şəkil kateqoriyaları”, “Ərəb dilçiliyi”, “Quran və elm” və digər əsərləri böyük maraqla qarşılanıb. Görkəmli alim müxtəlif ölkələrdə keçirilən elmi konfranslarda məruzələr edib.
Alim 1992-ci ildə Əməkdar elm xadimi fəxri adına layiq görülüb, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib. V.Məmmədəliyev müqəddəs kitabımız Qurani-Kərimin Azərbaycan dilinə tərcüməçilərindən biridir.
Səmərəli xidmətlərinə görə “Şöhrət” ordeni və digər orden, medallarla təltif edilib, Prezident təqaüdünə layiq görülüb.
Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə akademik Vasim Məmmədəliyevin böyük bir alim, elm xadimi, gözəl, nəcib bir insan olduğunu diqqətə çatdırıb.
Təhsil naziri Misir Mərdanov Azərbaycan Prezidenti İlham Əliyevin alimlərə və təhsil işçilərinə daim böyük diqqət və qayğı göstərdiyini xatırladıb. Akademik V.Məmmədəliyevin elm və təhsil sahəsində göstərdiyi böyük xidmətlərdən bəhs edən nazir ona yeni nailiyyətlər arzulayıb.
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva akademik Vasim Məmmədəliyevin elmə, təhsilə verdiyi əvəzsiz töhfələrdən, elmi araşdırmalarının, əsərlərinin əhəmiyyətindən danışıb.
Professor N.Paşayeva deyib: “Hər hansı humanitar elmlə məşğul olan insan öz çiyninə böyük bir yük qoymuş olur: o, insanlara, cəmiyyətə, dünyaya daima yüksək ideallardan, mənəviyyatdan söz açmış olur. Çünki humanitar elmlərin əsas məqsədi bu gözəlliyi, bu ali hisləri, ali duyğuları, ali idealları insanlara və cəmiyyətə çatdırmaqdır. Humanitar elmləri təmsil edən insanların özlərinin buna mənəvi haqqı olmalıdır. Məhz ona görə də Məhəmməd Peyğəmbər alimləri peyğəmbərlərin davamçıları sırasına qatmışdır və demişdir: “Alimin mürəkkəbi şəhidin qanına bərabərdir”.
Beləliklə, Vasim müəllim, siz həmin nadir insanlardan birisiniz. Siz bu mənəvi haqqı özünüzdə daşıya bilən insanlardan birisiniz. Siz sözü ilə əməli bir olan insanlardansınız. Qurani-Kərimi şərh etmək missiyası sizin çiyninizə düşmüşdür. Biz xoşbəxtik ki, Qurani-Kərimi şərh edən insan özü saf insandır. Özü nəcib insan, əsl insandır. Siz ərəb dilinin böyük tədqiqatçılarındansınız. Ərəb dili isə Məhəmmədin dili, Quranın dili, həm də böyük Şərq elinin dilidir”.
Professor N.Paşayeva akademik V.Məmmədəliyevə xoş arzularını da bildirib.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə, Milli Məclisin deputatı Fəttah Heydərov, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev, AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, professor Gövhər Baxşəliyeva, Bakı Slavyan Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Kamal Abdullayev, Azərbaycan Texniki Universitetinin rektoru, professor Havar Məmmədov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Yusif Məmmədov, Bakı Metropoliteninin rəisi Tağı Əhmədov, AMEA-nın akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Vaqif Abbasov və digər çıxış edənlər də akademik Vasim Məmmədəliyevin elm və təhsil sahəsində böyük xidmətlərindən bəhs edib, ona uğurlar arzulayıblar.
Akademik Vasim Məmmədəliyev Azərbaycan Prezidenti İlham Əliyevə alimlərə, təhsil işçilərinə göstərdiyi böyük diqqət və qayğıya görə minnətdarlığını bildirib, tədbirin iştirakçılarına təşəkkür edib.
Xəbər lenti
Hamısına baxMüsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28

