Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “Ətraf mühitin gücləndirilməsi: maarifləndirmə və hüquq-mühafizə tədbirləri” layihəsi davam edir

“Ətraf mühitin gücləndirilməsi: maarifləndirmə və hüquq-mühafizə tədbirləri” layihəsi davam edir

14.10.2024 [17:39]

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Baş Prokurorluq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və Bakı Dövlət Universitetinin (BDU) birgə həyata keçirdiyi ECOLEAD (Ətraf mühitin gücləndirilməsi: maarifləndirmə və hüquq-mühafizə tədbirləri) layihəsi davam edir.

Universitetdən bildirilib ki, layihə çərçivəsində cəmiyyətin diqqətini ekoloji problemlərin həllinə yönəltmək məqsədilə müxtəlif küçə və prospektlərdə, parklarda maarifləndirici posterlər quraşdırılıb.

Ötən ay adıçəkilən qurumların rəsmiləri və əməkdaşlarının, eləcə də BDU tələbələrinin iştirakı ilə Yasamal rayonunda ağacəkmə aksiyası keçirilib.

ECOLEAD layihəsi ölkə ərazisində ekoloji cinayətlər nəticəsində zədələnmiş yaşıllıqların bərpası məqsədi daşıyır. Layihənin əsası Baş Prokurorluq, ETSN və BDU arasında Xankəndi şəhərində imzalanmış anlaşma memorandumu ilə qoyulub, daha sonra Naxçıvan Dövlət Universiteti həmin memoranduma qoşulub.

Paylaş:
Baxılıb: 443 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31