İzmirdə Həsən bəy Zərdabiyə həsr olunan simpozium keçirilib
15.10.2024 [14:53]
Türkiyənin İzmir şəhərində Azərbaycan mədəniyyət və sənət günləri keçirilir. Tədbirlər Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə baş tutub.
AZƏRTAC xəbər verir ki, Ege Universitetində “Türk dünyasının modernləşməsi II: Türk dünyasında mətbuat” mövzusunda beynəlxalq simpozium təşkil olunub. Ege Universiteti, bu ali təhsil müəssisəsinin Ədəbiyyat fakültəsinin türk dili və ədəbiyyatı bölümü, Yunus Əmrə İnstitutu, Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi, Avrasiya Yazıçılar Birliyi və digər qurumların birgə təşkilatçılığı ilə keçirilən simpozium Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabiyə həsr olunub. Tədbirdə Türkiyə, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstandan çoxsaylı ədəbiyyatşünas alim, milli mətbuat tarixinə dair tədqiqatçılar iştirak edirlər.
Tədbirdə çıxış edən Ege Universitetinin Ədəbiyyat fakültəsinin dosenti Yılmaz Özkaya, universitetin rektorunun müavini professor Mehmet Ersan və başqaları Türkiyə Cumhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamlarının ölkələrimiz arasındakı birlikdə xüsusi yeri olduğunu vurğulayıblar. Bildirilib ki, iki qardaş ölkə arasında dünyaya nümunə olan bu həmrəylik hazırda dövlət başçılarımız sayəsində uğurla davam etdirilir. Natiqlər ölkələrimiz arasındakı mədəni-ədəbi əlaqələrdən danışıb, ortaq miraslarımız arasında ədəbiyyatımızın xüsusi yeri olduğunu qeyd ediblər.
Mərasimdə çıxış edən səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Türk dünyası arasındakı mədəni-ədəbi əlaqələrdən danışıb, simpoziumun alimlərimiz və ədəbiyyatşünaslarımız arasında ədəbi əlaqələri genişlənməsinə böyük töhfə verəcəyinə inamını ifadə edib.
Simpoziumun Türk dünyasının maariflənməsində xüsusi xidmətləri ilə seçilən, milli mətbuatımızın banisi, maarifçi Həsən bəy Zərdabiyə həsr olunmasını yüksək qiymətləndirən Samir Abbasov Azərbaycan və Türk dünyasında ədəbiyyatımızın inkişafında xüsusi yeri olan tanınmış ziyalılarımız və maarifçilərimizin rolundan danışıb.
Mərkəzin rəhbəri belə bir önəmli simpoziuma ev sahibliyi etdiyi üçün Ege Universitetinə təşəkkürünü bildirib.
Tədbir mövzu ilə bağlı panel iclasda məruzələrlə davam etdirilib.
Xəbər lenti
Hamısına baxDünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42

