Dövlət Turizm Agentliyi yaradıcı sənaye nümayəndələri üçün təlimlərə başlayıb
04.11.2024 [20:19]
Noyabrın 4-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə mədəniyyət və yaradıcı sənaye nümayəndələri üçün Gəncə şəhərində təşkil edilən təlimlər başlayıb.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, iki gün davam edəcək təlimin əsas hədəfi sənətkarlıq məhsullarının satışının genişləndirilməsi və qeyri-turizm mövsümlərində onların dəstəklənməsi yolu ilə dayanıqlı fəaliyyətin inkişafına şərait yaratmaqdır.
Yaradıcı sənaye üzvlərinə ümumi təlimlərin keçirilməsində məqsəd turizm ilə bağlı maarifləndirmə işlərinin aparılması, rəqəmsallaşma və ümumi biznes biliklərinin artırılması, rayon və kənd yerlərində yaradıcı sənayenin inkişafına dəstəyin göstərilməsi, sənaye kimi formalaşmasının və bazar iştirakçılarının fəaliyyətinin təşviq edilməsidir.
Şəki, Quba, Şamaxı, Qəbələ, Lənkəran, Göygöl, Ağdaş, Şəmkir rayonlarından, habelə Bakı və Gəncə şəhərlərindən olan 45 sənətkar üçün təşkil edilən təlimlər turizm anlayışları, brendinq, marketinq və satış imkanlarının genişləndirilməsi mövzularına aiddir.
Təlim proqramı sənətkarların öz məhsullarının brendləşdirilməsi, məhsulların rəqəmsal kanallar vasitəsilə təbliği və satışının təşkili, turistlərlə kommunikasiyanın yaxşılaşdırılması və turistik məhsulların təkmilləşdirilməsi, habelə maliyyə idarəetməsi və turistlər üçün nağdsız ödəniş imkanlarının genişləndirilməsi məsələlərini ehtiva edir.
Qeyd edək ki, Dövlət Turizm Agentliyi tərəfindən sənətkarlıq subyektlərinin dəstəklənməsi məqsədilə bir çox layihələr, o cümlədən xarici dizaynerlərin dəvəti ilə sənətkarlıq məhsullarının təkmilləşdirilməsi və müasir bazar tələbinə uyğunlaşdırılması istiqamətində dizayn inkişaf kitabının dərc edilməsi, Şəki şəhəri üzrə sənətkarlıq xəritəsinin çap edilməsi və sənaye subyektləri ilə bölüşülməsi, habelə yerli səviyyədə festival və sərgilərin təşkili kimi tədbirlər reallaşdırılıb.
Xəbər lenti
Hamısına baxDünya
03 May 20:18
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52

