Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Xankəndidə tikişçilik kurslarını bitirən 163 nəfərə peşə sertifikatları verilib

Xankəndidə tikişçilik kurslarını bitirən 163 nəfərə peşə sertifikatları verilib

04.11.2024 [22:13]

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Xankəndi şəhərində “Accelerated Career Academy” ilə birgə təşkil etdiyi tikişçilik sahəsi üzrə peşə hazırlığı kurslarından bir hissəsi başa çatıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, kurslara işğaldan azad olunan ərazilərə köçürüləcək, hazırda ətraf ərazilərdə məskunlaşmış keçmiş məcburi köçkünlərdən 300-ə yaxın müdavim cəlb edilib.

Kursları başa vuran 163 nəfərə peşə sertifikatları təqdim olunub, digər müdavimlər üçün kurslar davam edir.

Kursları bitirənlər Xankəndi şəhərində istifadəyə veriləcək tikiş fabrikində işlə təmin ediləcəklər.

Paylaş:
Baxılıb: 396 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31