Klaudio Qucerotti: Azərbaycanda dinə hörmət və dövlət qayğısı başqa ölkələr üçün nümunədir
04.11.2024 [21:27]
Noyabrın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Müqəddəs Taxt-Tacın Şərq kilsələri üzrə dikasteriyasının prefekti kardinal Klaudio Qucerotti ilə görüşüb.
Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan ilə Vatikan arasında ikitərəfli əlaqələrin uğurlu inkişafına toxunan Ramin Məmmədov ölkəmizin multikultural mühiti haqqında danışıb. Bildirib ki, tarixən tolerantlıq məkanı olan Azərbaycanda heç zaman milli və dini ayrı-seçkilik səbəbindən münaqişələr baş verməyib. Bu ənənənin qorunub-saxlanılmasında Ümummilli Lider Heydər Əliyevin böyük xidmətləri olub. Prezident İlham Əliyev həmin siyasəti uğurla davam etdirir.
Vatikanla ikitərəfli əlaqələrin dərinləşməsində Heydər Əliyev Fondunun xüsusi rolu olduğunu vurğulayan Ramin Məmmədov qeyd edib ki, Fond nəinki Azərbaycanda, eləcə də ölkə hüdudlarından kənarda müxtəlif maddi mədəniyyət abidələrinin qorunması, bərpası və yenidən qurulması istiqamətində mühüm layihələr həyata keçirir.
Ramin Məmmədov əlavə edib ki, bu gün Azərbaycan sivilizasiyalararası, mədəniyyətlərarası dialoqun inkişafına öz töhfəsini verir. Dövlət ilə dini icmalar arasındakı münasibətlər dini etiqad azadlığı, sosial ədalət və qarşılıqlı dialoq prinsipləri əsasında qurulub. Bu prinsiplər cəmiyyətin dinc və harmonik mühitdə yaşamasına müsbət təsir göstərir.
Dinlərarası dialoq və əməkdaşlığın gücləndirilməsinin zəruriliyini vurğulayan kardinal Klaudio Qucerotti Azərbaycanda dinə hörmət və dövlət qayğısının, eləcə də müxtəlif din mənsublarına münasibətdə dözümlülüyün digər ölkələr üçün nümunə olduğunu bildirib. Qeyd edib ki, harmoniyanın hökm sürdüyü mühit dini icmalar arasında anlayış və əməkdaşlığı gücləndirmək üçün böyük imkanlar yaradır. O, Azərbaycanda bütün dini icmalara, o cümlədən katolik icmasına göstərilən diqqətin, kilsə və məbədlərin bərpası istiqamətində görülən işlərin yüksək qiymətləndirildiyini vurğulayıb.
Klaudio Qucerotti Azərbaycanın dini tolerantlıq sahəsindəki uğurlarını alqışlayaraq, birgə layihələrin həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb. COP29 ərəfəsində “Dünya dinləri yaşıl planet naminə” devizi altında keçiriləcək Dini Liderlərin Qlobal Sammitinin ekoloji böhranla mübarizədə din xadimlərinin rolunun artırılması işinə müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib.
Xəbər lenti
Hamısına baxDünya
03 May 20:18
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50

