1450-dən 685-ə...
27.11.2024 [10:52]
Yerli özünüidarəetmə orqanları yenidən təşkilatlanır
Qeyd edək ki, bir müddət əvvəl dövlət başçısı “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanununa əlavə və dəyişikliklər layihəsini təsdiqləyib. Prezident İlham Əliyev “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” Qanunu təsdiq edib. Sənədə əsasən, bələdiyyələrin birləşməsi əsasında yeni bələdiyyə strukturları yaradılacaq. Paytaxtın 3 rayonunda bələdiyyələrin yenidən strukturlaşması təmin olunacaq. Belə ki, Xəzər rayonu üzrə Mərdəkan və Şağan bələdiyyələrinin əhatə etdiyi qəsəbələrin bazasında vahid bir yerli orqan - Mərdəkan bələdiyyəsi formalaşacaq. Qaradağ rayonu üzrə Çeyildağ, Sanqaçal və Ümid bələdiyyələrinin əhatə etdiyi qəsəbələrin strukturunda yeni Sanqaçal bələdiyyəsi yaradılacaq. Eləcə də Korgöz, Qızıldaş və Puta bələdiyyələrinin əsasında Qızıldaş bələdiyyəsi qurulacaq. Pirallahı rayonu üzrə Çilov-Neft Daşları, Gürgən və Pirallahı bələdiyyələrinin əhatə etdiyi qəsəbələrin bazasında Pirallahı bələdiyyəsi formalaşacaq. Səbail rayonu üzrə isə Bibiheybət və Səbail bələdiyyələrinin birləşməsi yolu ilə Səbail bələdiyyəsi təşkil olunacaq.
Abşeron rayonu üzrə Aşağı Güzdək, Pirəkəşkül, Qobustan bələdiyyələri birləşdirilərək Aşağı Güzdək, Fatmayı və Görədil bələdiyyələri birləşdirilərək Fatmayı, Güzdək və Qobu bələdiyyələrinin əsasında isə Qobu bələdiyyəsi yaradılacaq. Regionlara gəlincə, Gəncə şəhəri üzrə Hacıkənd və Kəpəz bələdiyyələrinin əhatə etdiyi 3 və 4 nömrəli sahə inzibati ərazi dairələrinin ərazisindəki qəsəbələrin bazasında Kəpəz bələdiyyəsi yaradılacaq. Eləcə də respublikanının digər şəhər və rayonlarındakı qəsəbə və kənd bələdiyyələrin birləşdirilməsi yolu ilə yeni bələdiyyələr təşkil olunacaq.
Bələdiyyələrin birləşdirilməsinin səbəbi nədir?
Ölkəmizdə müasir inkişaf çağırışlarından meydana çıxan aktual tələblər təkcə dövlət və qeyri-dövlət orqanlarını əhatə etmir, institisional dəyişikliklər ölkə həyatının ictimai-sosial-iqtisadi sferasında yer alan və kifayət qədər səlahiyyətləri olan yerli özünüidaretmə orqanlarının fəaliyyətində də yeni meyarların tətbiqini labüdləşdirib. Müasir islahatlar yerli orqanların strukturunun yenidən formalaşmasını və təkmilləşdirilməsini tələb edir. Ona görə də genişmiqyaslı islahatlar kursundan bələdiyyələrin kənarda qalması inkişaf tranzitinin məhdudlaşdırılması demək olardı. Bu baxımdan “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” və “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanunlarda əlavə və dəyişikliklərin aparılmasına ehtiyac yaranıb.
Hər iki qanuna edilən dəyişikliklərə əsasən, ölkə üzrə sonuncu bələdiyyə seçkilərinin keçirildiyi ildən sonrakı dörd ilin son iki ili ərzində əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələr sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla digər bələdiyyələrlə birləşdirilir. Nəticədə bələdiyyələrin sayı 3 dəfəyə yaxın azaldılaraq 1450-dən 685-ə endiriləcək. Struktur dəyişikliyi nəticəsində 2025-ci ildən təxminən əvvəlki mövcud olan 800-ə yaxın hüquqi statusunu itirmiş olacaq.
Vergi və digər yığımlar yalnız nağdsız qaydada həyata keçiriləcək
Yeni strukturlaşmadan sonra bələdiyyələrin iqtisadi-maliyyə fəaliyyətinin elektronlaşdırılması, apardığı bütün əməliyyatların yalnız elektron resurslar infrastrukturu vasitəsilə aparılması da nəzərdə tutulur. Ən vacib məsələlərdən biri özünüidarəetmə orqanlarının vergi və digər yığımlarında yalnız nağdsız qaydada həyata keçirilməsidir. Bu məqsədlə “Nağdsız hesablaşmalar haqqında” qanunda dəyişikliklər ediləcək, qanunun 3.4.1-ci maddəsinə əsasən, ölkədə vergilərin yığılması yalnız nağdsız qaydada həyata keçiriləcək. Yerli özünüidaretmə orqanlarının fəaliyyətinə nəzarətin artırılması məqsədilə “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” qanuna da dəyişikliklərin edilməsi nəzərdə tutulur. Həmin dəyişikliklərə əsasən isə bələdiyyə fəaliyyəti ilə əlaqədar bütün əməliyatları, hesablaşmalar vahid informasiya sisteminə əks olunacaq.
Dəyişikliklər bələdiyyələrdə idarəetmənin və xidmətlərin keyfiyyətini artıracaq
Yeni dəyişikliklər yerli özünüidarəetmə orqanlarının maliyyə-təsərrüfat imkanlarının təşkili və yerli mənbələrinin formalaşmasında da əhəmiyyətli dönüş yaradacaq. Struktur dəyişiklikləri bələdiyyələrin geniş ərazi və torpaq resursları, habelə əmlak və dövriyyə vəsaitləri mənbələri üzərində səlahiyyətlərini daha da optimallaşdıracaq. Bu isə yerli qurumların daha əsaslı maliyyəsinin formalaşması və istifadəsinə, habelə qərarvermə imkanlarının genişlənməsinə səbəb olacaq.
Nəticədə yerli idaretmə orqanlarında aparılan struktur islahatları bələdiyyələrdə idarəetmənin effektivliyin artırılmasına, resurslardan qənaətlə istifadə edilməsinə, xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, regionların balanslı inkişafının təmin edilməsinə, habelə bu qurumlar arasında daha sıx əməkdaşlığın qurulmasına töhfə verəcək.
Yerli idaretmə orqanlarında aparılan struktur islahatları bələdiyyələrdə idarəetmənin effektivliyin artırılmasına, resurslardan qənaətlə istifadə edilməsinə, xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, regionların balanslı inkişafının təmin edilməsinə, habelə bu qurumlar arasında daha sıx əməkdaşlığın qurulmasına töhfə verəcək.
Ölkə üzrə sonuncu bələdiyyə seçkilərinin keçirildiyi ildən sonrakı dörd ilin son iki ili ərzində əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələr sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla digər bələdiyyələrlə birləşdirilir.
Ən vacib məsələlərdən biri özünüidarəetmə orqanlarının vergi və digər yığımlarında yalnız nağdsız qaydada həyata keçirilməsidir.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55

