Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Ədliyyə naziri Kürdəmirdə vətəndaş qəbulu həyata keçirəcək

Ədliyyə naziri Kürdəmirdə vətəndaş qəbulu həyata keçirəcək

02.12.2024 [10:45]

Ədliyyə naziri Kürdəmir rayonunda vətəndaşları qəbul edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ədliyyə naziri Fərid Əhmədov 13 dekabr 2024-cü il tarixində Kürdəmir rayonunda Kürdəmir, Ucar, Ağdaş və Yevlax rayon sakinlərini qəbul edəcək.

Vətəndaşlar nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı 12 dekabr tarixinədək Göyçay Regional Ədliyyə İdarəsinə (ünvan: Göyçay şəhəri Heydər Əliyev prospekti 30, əlaqə telefonu +994 20-274-13-10, +994 20-274-30-41) müraciət edərək, habelə Ədliyyə Nazirliyinin +994 12-510-10-01 (daxili nömrə: 2104) nömrəli telefonu və contact@justice.gov.az elektron poçt ünvanı vasitəsilə qəbula yazıla bilər.

Həmçinin vətəndaşların nazirliyin elektron xidmətlər portalı vasitəsilə də qəbula yazılmaq imkanı var.

Qəbula gələn vətəndaşlardan şəxsiyyət vəsiqəsini də təqdim etmələri xahiş olunur. Qəbula yazılan şəxslərə qəbulun keçiriləcəyi ünvan və saat barədə əvvəlcədən məlumat veriləcək.

Paylaş:
Baxılıb: 632 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

İqtisadiyyat

Sosial

Həsrət bitdi...

22 Avqust 09:55  

Elm

Mədəniyyət

Hibrid kitabxana

22 Avqust 09:15

Ədəbiyyat

Şənbə üçün nəzm

22 Avqust 08:48  

Sosial

Unudulmayan faciələr

21 Avqust 11:48  

Analitik

Analitik

İqtisadiyyat

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31