Cəbrayıla 6-cı köç...
03.12.2024 [09:30]
Sakinlərin sayı 843 oldu
İşğaldan azad olunmuş ərazilərimizdə irimiqyaslı bərpa-quruculuq işlərinin həyata keçirilməsinin, keçmiş məcburi köçkünlərin yurdlarına qayıtmasının vaxtaşırı şahidi oluruq. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu işlər hərbi qələbənin ardınca iqtisadi və sosial canlanmanı təmin etmək məqsədi daşıyır. Azad olunmuş rayonlarımıza qayıdış prosesi uğurla davam edir.
“Böyük qayıdış”ımız 2016-cı ildən başladı!
1993-cü ildə işğal olunan Cəbrayılın Zəfər tariximizdə xüsusi yeri var. “Böyük qayıdış”ımız 2016-cı ilin Aprel döyüşlərində Cəbrayılın Cocuq Mərcanlı kəndinin azad olunması ilə başlayıb. İkinci Qarabağ müharibəsindəki ilk uğurlarımızdan biri məhz Cəbrayıl ilə bağlıdır. Döyüşlərin birinci həftəsində şəhərin azad olunması Vətən müharibəsinin mühüm hadisəsinə çevrildi. Cəbrayıl şəhəri azadlığına qovuşduqdan sonra məlum oldu ki, şəhərdən əsər-əlamət qalmayıb, bütün binalar yerlə yeksan edilib.
İlk mərhələdə 36 ailə...
İkinci Qarabağ müharibəsindən sonra yurda qayıdış sevincini yaşamaq Cəbrayıl sakinlərinə də nəsib oldu. “Böyük qayıdış” proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə ilk köç 2024-cü il sentyabrın 26-da baş tutmuşdu. İlk mərhələdə 36 ailə, 117 nəfər uzun illər həsrətini çəkdikləri doğma ocaqlarına qayıtdılar.
Qeyd edək ki, Cəbrayıla ikinci köç 28 sentyabr 2024-cü il tarixində oldu. Bu mərhələdə 41 ailə, 124 nəfər dədə-baba torpağına qovuşdu. Üçüncü köç 30 sentyabr (40 ailə, 123 nəfər), dördüncü köç 7 noyabr (30 ailə, 150 nəfər), beşinci köç 29 noyabr (40 ailə, 200 nəfər) tarixində baş tutub.
Quruculuq işləri sürətlə davam edir
İşğaldan azad olunan bütün ərazilər kimi, Cəbrayılda da bərpa-quruculuq işləri sürətlə davam edir. Cəbrayıl şəhərinin mərkəzində ümumi sahəsi 7,9 hektar olan yaşayış kompleksi salınıb. Altı kvartaldan ibarət kompleksin inşası sürətlə həyata keçirilir. Burada 4-5 mərtəbəli olmaqla, 33 yaşayış binası tikilir. Tam təmirli mənzillər mətbəx mebeli, su, qaz və elektrik sayğacları ilə təchiz edilir. Binalar liftlə və mərkəzləşdirilmiş qazanxana vasitəsilə istiliklə təmin olunur. Yaşayış binaları ilə yanaşı, ərazidə park, sosial-məişət obyektləri, yeraltı və yerüstü avtodayanacaqlar, istirahət guşələri, uşaq oyun və idman meydançaları da istifadəyə verilir.
Keçmiş məcburi köçkünlərin doğma yerlərinə qayıtması ilə yanaşı, bu bölgənin iqtisadi potensialından istifadə edilməsi, orada yaşayan əhalinin məşğulluğunun təmin olunması, həmçinin digər sosial problemlərin həlli də dövlətin diqqət mərkəzindədir. İşğaldan azad edilmiş torpaqlarımız zəngin “yaşıl enerji” istehsal etmək potensialına da malikdir. Tezliklə Cəbrayılda da ?ünəş enerjisi stansiyası tikiləcək.
Qarabağ və Şərqi Zəngəzurda nəhəng bərpa-quruculuq işləri davam edir. Qısa müddət ərzində bir çox layihə başa çatdırılıb. İndiyə qədər görülən işlər minlərlə vətəndaşımızın doğma yurdlarına qayıtmasına şərait yaradıb. Tezliklə bütün keçmiş məcburi köçkünlərin əzəli yurdlarına qovuşmasına şahid olacağıq.
Daha 35 ailə Cəbrayıla yola salındı
Ötən gün Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə növbəti köç olub. Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Cəbrayıl şəhərinə 34 ailə - 129 nəfər köçürülüb.
Xatırladaq ki, indiyədək Cəbrayıl şəhərində 221 ailənin, yəni 843 nəfərin daimi məskunlaşması təmin edilib.
Doğma yurda qayıdan Cəbrayıl sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident
İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 minə yaxın insan yaşayır.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxDünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29

