Şəki-Zaqatala bölgəsinə ilin ilk qarı yağır
20.02.2025 [19:55]
Bu səhər Şəki-Zaqatala bölgəsinin yüksək dağlıq əraziləri ağ örpəyə bürünüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sakinlərin sözlərinə görə, bu, qış mövsümünün il qarıdır və son 20 ildə qarın yağması bu qədər gecikməmişdi.
Həmişəki kimi qar bölgənin yüksək dağlıq ərazilərinə daha çox yağıb. Aranda isə sulu qar və yağış müşahidə olunur.
İlk qarın sevincini əsasən məktəblilər yaşayırlar. Kimi dərsarası tənəffüsdə, kimi də dərsdən sonra vaxtını qarla oynamağa ayırır.
Yaşlı insanlar adətən qarın noyabrın sonlarında, ya da dekabrda yağdığını, bu il isə xeyli gecikdiyini bildirirlər. Rayon sakini Cuma Əliyev deyir ki, illər əvvəl noyabr ayında qar yağanda ağacların üzərindən qar təmizləyiblər. Son illər isə qar yağması getdikcə azalır. Qarın yağması, ilk növbədə, xəstəliklərin qarşısını alacaq.
Kənd Təsərrüfatı Nazirliyi yanında Elmi-Tədqiqat İnstitutunun Zaqatala Bölgə Təcrübə Stansiyasının aqronomu Musa Yusubovun sözlərinə görə, aylardır gözlənilən qarın yağması əsasən taxılçılıq sahələrinə, eləcə də meyvəçiliyə xeyli müsbət təsir göstərəcək. İlk növbədə, gəmiricilər məhv olacaq. Aqronom qarın yağmasının fındıq ağaclarının tozlanmasında da müsbət nəticələr verəcəyini bildirib.
Bəs, qarşıdan gələn günlərdə şəhər təsərrüfatı nə kimi hazırlıqlar görüb? Bu barədə Zaqatala Rayon İcra Hakimiyyətinin şəhər üzrə nümayəndəsi Oruc Qaraxanovala söhbət etdik. Bildirdi ki, gözlənilən qarlı hava şəraiti ilə əlaqədar rayonun müvafiq təşkilatları gücləndirilmiş iş rejiminə keçib. Hər bir idarə və təşkilatda növbətçilik yaradılıb. Yolları qardan, buzdan təmizləmək üçün lazımi texnika ayrılıb. Kifayət qədər duz və qum ehtiyatı görülüb.
Regional hava məlumat bürosundan verilən məlumata görə, qarşıdakı günlərdə bölgə rayonlarında qar yağacağı, yolların buz bağlayacağı gözlənilir. Bununla bağlı bölgə rayonların Fövqəladə Hallar komissiyalarından bildirilib ki, proqnoz nəzərə alınaraq lazımi tədbirlər görülüb, gücləndirilmiş iş rejiminə keçilib, yollar nəzarətdə saxlanılır.
Xəbər lenti
Hamısına baxDünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09

