/ / İsraillə Azərbaycan arasında səhiyyə sisteminin elektronlaşdırılmasına dair fikir mübadiləsi aparılıb
İsraillə Azərbaycan arasında səhiyyə sisteminin elektronlaşdırılmasına dair fikir mübadiləsi aparılıb
11.04.2025 [17:33]
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndə heyəti İsrail dövlətinə işgüzar səfər edib. Səfərin məqsədi İsrailin qabaqcıl tibbi sığorta modeli, səhiyyənin maliyyələşdirilməsi mexanizmləri, tibb müəssisələrinin idarəedilməsində sığorta sisteminin rolu və bu sahədə tətbiq olunan innovativ yanaşmalarla tanışlıq olub.
Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, keçirilən görüşlər çərçivəsində nümayəndə heyəti səhiyyənin təşkili və maliyyələşdirilməsi üzrə aparıcı qurumların - “Clalit” və “Maccabi” tibbi xidmət təminatçıları, həmçinin ölkənin təcili yardım və fövqəladə hallar üzrə milli tibbi xidməti “Magen David Adom” və tibbi innovasiyalar sahəsində ixtisaslaşmış “Sheba Hospital” kimi nüfuzlu tibb müəssisələrinin rəhbər şəxsləri ilə bir araya gəlib.
Tərəflər arasında səhiyyə sisteminin elektronlaşdırılması, tibbi xidmətlərin əhatə dairəsinin genişləndirilməsi və bu məqsədlə tətbiq olunan strateji yanaşmalar, habelə pasiyent məmnunluğunu artırmağa yönəlmiş idarəetmə təcrübələrinə dair fikir mübadiləsi aparılıb.
Eyni zamanda, İsrailin tibbi sığorta sistemində xidmət keyfiyyətinin yüksəldilməsi, vətəndaş məmnunluğunun artırılması və xərclərin optimallaşdırılması istiqamətində atılan addımlar, həmçinin bu sahədəki rəqəmsal həllər və texnoloji yeniliklər barədə məlumatlar verilib.
Səfər ölkəmizdə icbari tibbi sığorta sisteminin təkmilləşdirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi və bu təcrübənin ölkəmizə inteqrasiyası baxımından mühüm əhəmiyyət kəsb edir.
Xəbər lenti
Hamısına baxDünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19

