11-ci Toplantı...
16.04.2025 [09:54]
Bakıda QİƏT-ə üzv ölkələrin televiziya və radio yayımı üzrə tənzimləyici orqanlarının Forumunun toplantısı keçirilib
Aprelin 15-də Bakıda Azərbaycan Respublikası Audiovizual Şurasının təşkilatçılığı ilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QİƏT) üzv ölkələrin televiziya və radio yayımı üzrə tənzimləyici orqanlarının Forumunun (BRAF) 11-ci Toplantısı keçirilib. BRAF region ölkələrinin yayım tənzimləyici qurumları arasında dialoqun və əməkdaşlığın genişləndirilməsi, fikir və təcrübə mübadiləsinin aparılması məqsədilə yaradılmış mühüm regional platformadır.
Serbiya, Rumıniya, Yunanıstan, Albaniya, Bolqarıstan, Türkiyə, Moldova, Gürcüstan və Azərbaycanın audiovizual media sahəsi üzrə tənzimləyici qurumlarının 30-dək rəhbər və səlahiyyətli nümayəndələrinin, həmçinin Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Medianın İnkişafı Agentliyinin məsul şəxslərinin və media təmsilçilərinin bir araya gəldiyi toplantının əsas mövzusu “Media xidmətlərində uşaqların müdafiəsi”dir.
Tədbirdə açılış nitqi ilə çıxış edən Audiovizual Şuranın sədri İsmət Səttarov foruma qatılan qonaqları salamlayıb, qarşıda duran məsələlərdən danışıb. O bildirib ki, Qara Dəniz Yayım Tənzimləyici Qurumlarının Forumunun 11-ci Toplantısının Bakıda keçirilməsi olduqca qürurvericidir. Zəngin mədəniyyətə, tarixə, adət-ənənələrə malik bir çox ölkəni birləşdirən, eyni zamanda, müasir siyasətdə mühüm rol oynayan forumun Bakıda keçirilməsi bizim üçün böyük şərəf və böyük məsuliyyətdir.
İ.Səttarov qeyd edib ki, forumun iştirakçı ölkələri arasında bir çox sahədə olan uğurlu əməkdaşlıqla yanaşı, media əlaqələrinin də genişləndirilməsi vacibdir: “Hesab edirəm ki, forum bizim tənzimləmə sahəsindəki əməkdaşlığımızı gücləndirməyə və onu yeni səviyyəyə çıxarmağa kömək edəcək”.
Çıxış edən BRAF-ın Baş katibi Deniz Güçer isə deyib ki, bu platforma yalnız mövcud vəziyyətin qiymətləndirilməsi üçün deyil, həm də gələcək strategiyaların hazırlanması, regional əməkdaşlığın gücləndirilməsi və tənzimləmə proseslərinin daha səmərəli təşkili baxımından mühüm zəmin yaradır. Hər bir görüş zamanı üzv ölkələr bir-birinə ilin xülasəsini təqdim edir, bununla yanaşı, daha güclü əməkdaşlıq üçün ortaq baxışa əsaslanan həll yolları üzərində də işləyirlər. “Bildiyiniz kimi, əvvəlki toplantımızda yeni konsepsiya qəbul etdik. Bu konsepsiya çərçivəsində üzv ölkələr razılaşdırılmış mövzu üzrə illik təcrübə mübadiləsi aparır. Bu il isə diqqətimizi yayım xidmətlərində uşaqların müdafiəsinə yönəltmişik”, - deyə Deniz Güçer vurğulayıb.
O qeyd edib ki, müasir media mühiti uşaqların informasiyaya çıxışını asanlaşdırsa da, eyni zamanda, onların uyğun olmayan məzmuna qarşı daha həssas olmasına səbəb olur. Uşaqlar və gənclər texnoloji yeniliklərə tez uyğunlaşır və məzmunu sürətlə istehlak edirlər. Ancaq bu məzmunun bəziləri onların psixoloji və fiziki sağlamlığına mənfi təsir göstərə bilər. “Gündüz saatlarında yayımlanan bəzi xəbərlər, seriallar və reklamların uşaqlara zərər verdiyinin şahidi oluruq. Eyni zamanda, uşaqların mediada necə təqdim olunması da diqqətlə yanaşılması gərəkən vacib məsələdir. Onlar və yaxınları ilə bağlı yayımlarda uşaqların gələcəyinə təsir edə biləcək görüntülərdən və detallı məlumatlardan yayınmaq son dərəcə vacibdir”, - deyə Baş katib əlavə edib.
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Daimi Beynəlxalq Katibliyinin Baş katibinin birinci müavini Merve Safa Kavakçı çıxışında bildirib ki, qarşıya çıxan ciddi çətinliklərə baxmayaraq, təşkilat fəaliyyətini uğurla davam etdirir və müvafiq tədbirləri həyata keçirir. Layihələrin ardıcıl şəkildə davam etdirilməsi və genişləndirilməsi daha sıx əməkdaşlığın qurulması baxımından böyük əhəmiyyət daşıyır. “Biz artıq növbəti vacib addımları atmalıyıq. Bu isə bütün sahələrdə daha güclü əməkdaşlıq deməkdir”, - deyə o, vurğulayıb.
Qara Dəniz Yayım Tənzimləyici Qurumlarının Forumunun (BRAF) 11-ci Toplantısında Serbiya, Rumıniya, Yunanıstan, Albaniya, Bolqarıstan, Türkiyə, Moldova, Gürcüstan, eləcə də Azərbaycandan olan təmsilçilər media savadlılığını təşviq etməklə yanaşı, dezinformasiya ilə mübarizədə formalaşdırdıqları dəyərli təcrübə və strategiyalarını bölüşürlər.
BRAF-ın daimi katibi Çağlayan Çağlar isə qeyd edib ki, cəmiyyətlərimizin sağlam informasiya mühitinə çıxışı üçün vətəndaşlara tənqidi düşünmə bacarıqları qazandıran tənzimləyici mexanizmlər son dərəcə vacibdir: “BRAF-ın ötən illər ərzində əldə etdiyi uğurlar bu sahədə gələcək istiqamətləri dəqiq şəkildə müəyyənləşdirib”.
Audiovizual Şuranın Kommunikasiya sektorunun müdiri Taleh Quliyev çıxışında bildirib ki, 1998-ci ildə ölkəmizdə senzura ləğv olunub. Azərbaycan bu addımı atan ilk postsovet ölkəsi olub. Onun sözlərinə görə, bu gün ölkədə söz və media azadlığı təmin olunub, hər bir fiziki və ya hüquqi şəxs sərbəst şəkildə media qurumu yarada bilər. Media sahəsini tənzimləyən müvafiq qanunvericilik bazası da mövcuddur.
Qeyd edək ki, tədbir çərçivəsində son zamanlarda üzv ölkələrdə audiovizual medianın tənzimlənməsi sahəsində baş verən yeniliklərə həsr olunmuş ümumi sessiya, habelə “Uşaqların müdafiəsi sahəsində hüquqi tənzimləmə və onun effektiv icrası” və “Uşaqların müdafiəsində media savadlılığının və valideyn nəzarətinin rolu” mövzularında panel sessiyalar təşkil olunub.
N. BAYRAMLI
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22

