Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Buraxılış imtahanında 300 bal toplayan şagird: İqtisadçı olmaq istəyirəm

Buraxılış imtahanında 300 bal toplayan şagird: İqtisadçı olmaq istəyirəm

17.04.2025 [16:22]

Bakı şəhəri 263 nömrəli tam orta məktəbin XI sinif şagirdi Fatimə Abbaslı Dövlət İmtahan Mərkəzinin martın 9-da keçirdiyi buraxılış imtahanında 300 bal toplayaraq maksimum nəticə göstərib.

Təəssüratlarını AZƏRTAC-ın müxbiri ilə bölüşən Fatimə ona dəstək olan valideynlərinə və müəllimlərinə minnətdardır: “Əziyyət çəkən hər kəs öz zəhmətinin bəhrəsini görür. Əslində yüksək nəticə göstərəcəyimə əmin idim. Hədəflərim böyükdür və onlara çatmaq üçün çalışıram. Gün ərzində planlı şəkildə 6-8 saat çalışıram”.

Fatimə hazırda Azərbaycan Dövlət İqtisad Universitetinə hazırlaşır. O, atasının yolunu davam etdirib iqtisadçı olmaq istəyir. Bakalavriat təhsilini Bakıda, magistratura təhsilini isə xaricdə almaq istəyir. Ona bu yolda uğurlar arzulayırıq.

Paylaş:
Baxılıb: 770 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

Ötən 7 ayda...

19 Avqust 11:05

Analitik

3 aydan sonra...

19 Avqust 10:45

Dünya

Xəbər lenti

Gündəm

Gündəm

Sosial

107 yaşlı DSX!

18 Avqust 09:05

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31