Daha iki ünvan…
25.06.2025 [13:51]
Həsənriz və Sarıcalıya növbəti köç baş tutdu
Böyük Qayıdış proqramına uyğun olaraq Azərbaycan bərpa və quruculuq işlərini qısa müddətdə və yüksək səviyyədə həyata keçirir. İkinci Qarabağ müharibəsində qazandığımız qələbədən sonra keçmiş köçkünlərin tezliklə doğma yurdlarına qayıdacağı ilə bağlı vədlər verən ölkə başçısının sözləri hər keçən gün sürətlə reallığa qovuşur. Demək olar ki, hər həftə Qarabağ torpaqlarına köç karvanı yola salınır.
Ötən dövrdə reallaşdırılan layihələr onu deməyə əsas verir ki, respublikamız işğaldan azad olunmuş ərazilərin bərpası, soydaşlarımızın məskunlaşdırılması ilə bağlı qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlməkdədir.
41 ailə yola salındı
Ötən gün Ağdərə rayonunun Həsənriz kəndinə və Ağdam rayonunun Sarıcalı kəndlərinə yola salınan növbəti köç karvanı yola salınıb. Bu mərhələdə Həsənrizə 40 ailə (146 nəfər), Sarıcalıya isə 1 ailə (4 nəfər) köçürülüb.
Bununla da Həsənrizə köçürülən ailələrin sayı 130-a (452 nəfər), Sarıcalıya köçürülən ailələrin sayı isə 186-ya (775 nəfər) çatıb.
Ağdərənin azad olunması
Azərbaycan Ordusunun şanlı qələbələrindən olan 2016-cı ilin Aprel döyüşləri nəticəsində Füzuli və Cəbrayıl rayonları ilə yanaşı, Ağdərə rayonunun da ərazisinin bir hissəsi işğaldan azad edilmişdi. Rəşadətli Ordumuzun sarsıdıcı zərbəsi ilə Ağdərə rayonunun Talış və Seysulan kəndləri düşməndən təmizləndi. Bu şanlı qələbə bütün qaçqın və məcburi köçkünlərimiz kimi, ağdərəlilərdə də doğma yurdlarına qayıdacaqları günün uzaqda olmadığına qəti inam yaratmışdı.
Nəhayət, 2023-cü il sentyabrın 20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Ağdərə şəhəri separatçılardan təmizləndi. Prezident İlham Əliyev oktyabrın 15-də Ağdərə şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı.
Vacib işlər görülür...
30 illik işğal dövründə tamamilə dağıdılan Ağdam şəhəri, rayonun bütün kəndləri bir daha düşmənin xislətinin, düşmənçiliyinin göstəricisidir. Lakin Ağdam bu gün yenidən qurulur. Bərpa-quruculuq işlərində xüsusi diqqət göstərilən məsələlərdən biri infrastruktur layihələrinin icrasıdır. Bunu Ağdam şəhərinin, rayonun kəndlərinin timsalında da aydın görmək mümkündür. Ağdam-Bərdə yolu yenidən quruldu. Ağdam-Xankəndi yolu inşa edilir. Dəmir yolu çəkilir. Ağdama dəmir yolu ilə rahat gəlmək mümkün olacaq. Vağzal kompleksi inşa edilir. Birinci bərpa olunan bina Ağdam məscidi oldu. Muğam Mərkəzi inşa edilir. “İmarət” Kompleksi bərpa edildi. Natəvanın qəbri bərpa olundu. Xaçınçay su anbarı yenidən quruldu. Məktəb binası, xəstəxana tikilir, böyük sənaye kompleksi fəaliyyət göstərir. Artıq Ağdamda bir neçə müəssisə fəaliyyət göstərir ki, bu, Qarabağ, Şərqi Zəngəzur bölgəsinin ən böyük sənaye kompleksi olacaq. Bir neçə yaşayış kompleksi inşa edilir və bu il istifadəyə veriləcək.
Xatırladaq ki, Sarıcalı kəndinin təməli 2022-ci ildə Prezident İlham Əliyev tərəfindən qoyulub. Sarıcalı kəndi 1873 nəfər əhali üçün planlaşdırılıb. Ümumilikdə kənddə 2 mərhələ üzrə 425 fərdi evin inşası nəzərdə tutulub. Burada əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılıb, təhsil, iqtisadi, sosial və məişət təyinatlı müxtəlif müəssisələr, klub-icma və mədəniyyət mərkəzləri tikilib. Burada sosial məsələlər də öz həllini tapıb. Kənddaxili yollar, elektrik, rabitə, su xətləri çəkilib, qaz təchizatı təmin olunub.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxMüsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32

