“Bizim həyət”in daha bir ünvanı
19.07.2025 [10:58]
IDEA mühüm missyanı yerinə yetirir...
IDEA İctimai Birliyi sağlam gənc nəslin yetişdirilməsinə və əhalinin rifahının yaxşılaşdırılmasına, yaşıllıqların qorunmasına xüsusi önəm verir. Birliyin hər bir layihəsi gənc nəslin təşəbbüsü, iştirakı və rəhbərliyi ilə gerçəkləşir. Artıq 8 ildir ki, IDEA tərəfindən “Bizim həyət” layihəsi gerçəkləşdirilir.
Layihə çərçivəsində Bakıda onlarla həyət abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib. Təsis edildiyi gündən Birliyin dəstəyi ilə ölkədə milyonlarla ağac əkilib.
Növbəti ünvan...
İyulun 17-də isə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə növbəti bina sakinlərin istifadəsinə verilib. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli “AB” yaşayış sahəsindəki çoxmərtəbəli binada yerləşən çoxmərtəbəli binaları əhatə edən, 3500-dən çox sakinin yaşadığı həyət abadlaşdırılıb.
Sağlamlıq imkanı məhdud şəxslər də diqqətdədir!
“Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılmış digər ərazilərdə olduğu kimi, yenidən qurulmuş bu həyətdə də sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb. Həyətdə bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarının səmərəli təşkili və onlarda idmana marağın artırılması məqsədilə ərazidə süni örtüklü futbol meydançası, şahmat meydançası, müxtəlif idman qurğuları, uşaqlar üçün oyun sahəsi salınıb. Eyni zamanda, həyətyanı sahədə söhbətgahlar, çoxsaylı oturacaqlar, quş yuvaları və pişik evləri quraşdırılıb. Həyətdə yeni işıqlandırma dirəkləri, müşahidə kameraları yerləşdirilib, binaların fasad və blokları tam təmir olunub, asfalt və dam örtüyü, elektrik xətləri yenilənib.
Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, müxtəlif növ yeni ağaclar və mövsümi güllər, eləcə də kol bitkiləri əkilərək yaşıllıq zolağı salınıb. Bununla yanaşı, həyətin ətrafında sıx bitən, havanın çirklənməsinin qarşısını almaq məqsədilə adi daşsarmaşığı və digər sarmaşan bitkilər əkilərək “yaşıl sədlər” yaradılıb.
Rahat yaşam şəraiti üçün...
Məlumat üçün bildirək ki, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Bizim həyət” layihəsi 2017-ci ildən etibarən icra olunur. Layihənin əsas məqsədi paytaxt ərazisində həyətlərin ekoloji cəhətdən təmiz və abad olması, yaşıllıqların bərpası, mənalı istirahət mühitinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır. “Bizim həyət” layihəsi çərçivəsində bu günədək 159 ümumi yaşayış sahəsi abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29

