Rəqəmsal dövrün qoruyucuları...
26.09.2025 [08:32]
İnformasiya təhlükəsizliyi mühafizəçilərinin bayramıdır
Texnologiyanın sürətlə inkişaf etdiyi bir dövrdə informasiya mühiti açıq və əlçatan olduğu kimi, bir o qədər də təhlükəli və risklidir. İnformasiya müharibələri, kiberhücumlar və rəqəmsal casusluq kimi təhdidlərə qarşı ölkənin təhlükəsizliyini qorumaq, yalnız bir neçə peşəkarın deyil, hər birimizin məsuliyyətidir. Məhz bu səbəbdən Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) əməkdaşlarının da fəaliyyətini xüsusilə vurğulamalıyıq.
Bu gün peşəkar, etibarlı və güvənli şəkildə işləyən XRİTDX əməkdaşlarının peşə bayramıdır. Ölkə başçısı bayramın təsis olunmasına dair 2024-cü il 24 sentyabr tarixli Sərəncam imzalayıb.
Elektron müharibə və kibertəhlükəsizlik
Xatırladaq ki, İkinci Qarabağ müharibəsi zamanı XRİTDX əməkdaşlarının əməyi müxtəlif istiqamətlərdə özünü göstərib. Müharibə zamanı rabitə xətləri və məlumat ötürülməsi çox vacib idi. XRİTDX Azərbaycanın hərbi və mülki rabitə sistemlərini qorumaq və onların fəaliyyətini təmin etmək üçün mühüm tədbirlər görmüşdü. Müharibə zamanı düşmənin rabitə infrastrukturuna qarşı hücumların qarşısını almaq, Azərbaycanın informasiya infrastrukturunu davamlı saxlamaq böyük əhəmiyyət daşıyırdı.
Müharibə dövründə Ermənistanın kiber hücumları ilə qarşılaşan Azərbaycan bu hücumları dəf etmək üçün müasir texnologiyalar tətbiq etmişdi. XRİTDX informasiya təhlükəsizliyi sahəsində Azərbaycan Ordusunun və digər dövlət qurumlarının kibertəhlükəsizliyini qorumaqla yanaşı, düşmənin kiber hücumlarına qarşı müqavimət göstərmişdi.
Peşəkarlıqdan üstün vətənpərvərlik
Şübhəsiz ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti informasiya ehtiyaclarımızı təmin edən, dövlətimizin informasiya təhlükəsizliyini qoruyan bir qurumdur. İstər rəqəmsal hücumlara qarşı, istərsə də milli maraqların qorunması naminə bu xidmətin əməkdaşları hər gün çox çətin, lakin bir o qədər də şərəfli vəzifələrdə çalışırlar. Bir çoxu sadəcə “kibertəhlükəsizlik mütəxəssisi” və ya “rabitə mühəndisi” olaraq adlandırılsa da, əslində onlar Vətənin görünməyən qəhrəmanlarıdır.
Bu xidmətin fəaliyyət sahəsi yalnız texnoloji alətlər və şəbəkə qurğuları ilə məhdudlaşmır. Onlar həmçinin ölkənin siyasi, iqtisadi və sosial sabitliyinə də birbaşa təsir edən mühüm bir sahədə fəaliyyət göstərirlər. İnformasiyanın qorunması, yanlış məlumatların yayılmasının qarşısının alınması və milli maraqların qlobal müstəvidə müdafiəsi bu xidmətin gündəlik fəaliyyətinin əsasını təşkil edir.
Yalan məlumatların qarşısının alınması
Eyni zamanda müharibə zamanı sosial mediada və digər informasiya kanallarında çoxsaylı yalan və təhrif olunmuş məlumatlar yayılmağa başlamışdı. XRİTDX bu məlumatları izləyərək müvafiq tədbirlər gördü, yalan məlumatların yayılmasının qarşısını almağa çalışdı. Bu, xüsusilə əhali arasında çaşqınlığın yaranmaması və düşmənin psixoloji müharibə aparmaq məqsədilə yaydığı təhrif olunmuş məlumatların təsirinin azaldılması baxımından önəmli idi.
Əlamətdar gündə yalnız XRİTDX əməkdaşlarının mükafatlarını, uğurlarını qeyd etmək kifayət deyil. Onların göstərdikləri fədakarlıq, həyatlarını təhlükəsizliyin qorunmasına həsr etmələri hər bir vətəndaş üçün nümunə olmalıdır. Hər gün, hər an müxtəlif təhdidlərlə üzləşən, amma nə olursa olsun Vətəninə xidmət etməkdən yorulmayan bu insanlara minnətdarlığımızı ifadə etmək, sadəcə bir bayram günü deyil, hər gün üzərimizə düşən bir borcdur. Onların əməyi yalnız bir sektorun və ya xidmətin uğuru deyil, həm də Azərbaycanın ümumi təhlükəsizlik sisteminin qələbəsidir.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29

