Ailə dəyərləri ilə virtual aləmin savaşı
02.12.2025 [08:51]
Sosial şəbəkələr boşanma səbəblərindən biridir, amma...
Müasir dövrün boşanma səbəbləri artıq əvvəlki kimi deyil. Vaxtilə ailədaxili problemlər daha çox iqtisadi çətinliklər, xarakter uyğunsuzluğu ilə əlaqələndirilirdisə, bu gün həmin siyahıya yeni bir səbəb əlavə olunub. Bu, sosial şəbəkələrdir. Texnologiyanın gətirdiyi rahatlıq, eyni zamanda, ailə münasibətlərini sarsıdan görünməz divarlara çevrilə bilir.
Sosial şəbəkələrin yaratdığı ideal həyat təsvirləri də münasibətlərə ağır zərbə vurur. İnsanlar real həyatla virtual “mükəmməllik” arasında ilişib qalır. Başqasının xoşbəxt anlarını görən şəxs özü də fərqinə varmadan ailəsini həmin kadrlardakı “idealla” müqayisə edir. Bu isə narazılıq, məyusluq və nəticədə münasibətdə soyuqluq, problemlər yaradır.
Bütün bunlara baxmayaraq, sadəcə sosial şəbəkələri günahlandırıb məsələni sadələşdirmək də doğru olmazdı. Əslində, problem heç də texnologiyada deyil, ondan necə istifadə olunmasındadır. Ailə institutunu və ailə dəyərlərini qorumaq hər birimizin əlindədir.
Dövlət Statistika Komitəsinin (DSK) son hesabatına əsasən, bu ilin 9 ayı ərzində 36332 nikah və 15480 boşanma halı qeydə alınıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,8-dən 4,7-yə, boşanmaların sayı isə 2,1-dən 2,0-a düşüb.
Ailələrə müdaxilələr həddindən artıqdır...
Mövzu barədə “Yeni Azərbaycan”a danışan psixoloq Elnur Rüstəmov bildirib ki, boşanmaların tək səbəbi sosial şəbəkələrin yaratdığı problemlər deyil. Onun sözlərinə görə, ümumiyyətlə, son dövrlərdə nikaha dayanıqlı ailələr azdır: “Ailədaxili problemlər əvvəlki illərdə də çox olmasına baxmayaraq, son dövrlər insanların bir-birinə olan dözümsüzlüyü daha çox boşanmalarla nəticələnir. Onu da bildirim ki, bu gün problemli ailələr çoxdur. Bundan başqa, ailələrə müdaxilələr də həddindən artıqdır. İnformasiya əsrində yaşayırıq. Bu da, boşanmaların sayını artırır. Biri deyir ki, telefonunda mesaj tutdum, o biri deyir kiminləsə yazışdığını gördüm, digəri isə kiminsə şəklini bəyəndəyini gördüyünü bildirir. Onu da deməliyəm ki, bu gün Azərbaycanda təkrar ailə quranların sayı da həddən artıq çoxdur. Amma, boşanma baş verən ailələrdə uşaqlar varsa, bu prosesdən ən çox təsirlənən məhz onlar olurlar”.
Səbəblər ciddi şəkildə araşdırılmalıdır
Psixoloq qeyd edib ki, həmin uşaqlar cəmiyyət üçün gələcəkdə potensial təhlükədir: “Burada sohbət cinayətdən getmir. Valideynləri boşanmış uşaqların aldıqları travmalar onların gələcəyi ilə bağlı müəyyən narahatlıqverici məqamlar yarada bilər. Bu proses bu gün də davam edir və hər ötən gün artır. Bəzən tərəflərdən biri heç məhkəməyə gəlməsə də, boşanma baş tutur. Ancaq məsələ ciddi araşdırılmalıdır. Bəlkə məhkəmə qarşısına çıxan cütlük heç boşanmaq istəmir, onlara təzyiq edilir? Ona görə də boşanma səbəbləri ciddi şəkildə araşdırılmalıdır”.
Tərəflər bir-birinin fikrinə önəm vermir...
Sosioloq Sahib Altayın fikrincə, boşanmaların əsas səbəblərindən biri bəzi ailələrdə kişilərin xanımlarının fikirini nəzərə almamasıdır: “Təəssüflər olsun ki, bu, bir çox ailədə var. Kişi həyat yoldaşını nəzərə almır, onu fikirinə önəm vermir. Sanki qadın evdə quldur, kişi də onun ağası. Xanım tədricən bu vəziyyətdən yorulur və boşanmaq qərarına gəlir. İkinci məqam isə bəzi hallarda qeyd etdiyim halın əksinin olmasıdır. Belə ki, xanım həyat yoldaşına dəyər vermir. Bu da müəyyən problemlərə, münasibətlərdə soyuqluğa və sonda boşanmalara gətirib çıxarır”.
Maddi sıxıntı boşanmaya səbəb deyil
Sosioloq qeyd edib ki, boşanmaların digər səbəbi istər kişi, istərsə də qadının ailə psixologiyasından xəbardar olmaması və ailə məsuliyyətini anlamamalarından irəli gəlir: “Ailə bir məsuliyyət öhdəliyidir. Hər iki tərəf bunu başa düşməlidir. Bir çox ailələrdə problem tərəflərin öhdəlikləri dərk etməməsindən yaranır. Amma xırda bir problem görən kimi də qərara alırlar ki, boşanaq. Halbuki ailədə əzab-əziyyət də olar. Əgər problemin öhdəsindən gələ bilmirlərsə, çıxış yolu o deyil ki, dərhal məsuliyyətdən qaçmaq lazımdır”
Sosioloqun fikirincə, boşanmaların səbəbləri maddi sıxıntı deyil: “Bir çox ailələrdə maddi sıxıntı yoxdur, amma yenə də boşanma halları baş verir”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
YAP xəbərləri
27 Aprel 21:25
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
Gündəm
27 Aprel 19:28
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
Gündəm
27 Aprel 17:13
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00
YAP xəbərləri
27 Aprel 14:53
YAP xəbərləri
27 Aprel 14:39
Dünya
27 Aprel 14:35
Sosial
27 Aprel 14:26
Dünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Xəbər lenti
27 Aprel 12:22
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Siyasət
27 Aprel 11:23
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59
Ədəbiyyat
27 Aprel 10:52
YAP xəbərləri
27 Aprel 10:50
Hadisə
27 Aprel 10:49
İqtisadiyyat
27 Aprel 10:48
İqtisadiyyat
27 Aprel 10:47

