/ / Ağcabədinin ən böyük yaşayış məntəqələrindən olan Hindarx qəsəbəsində səyyar tibbi müayinələr aparılır
Ağcabədinin ən böyük yaşayış məntəqələrindən olan Hindarx qəsəbəsində səyyar tibbi müayinələr aparılır
08.04.2014 [09:15]
Prezident İlham Əliyevin tapşırığına əsasən respublikamızın hər yerində olduğu kimi, Ağcabədi rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi uğurla davam etdirilir.
Ağcabədi rayon İcra Hakimiyyəti başçısının müavini Əbülfət Tapdıqov AzərTAc-a bildirib ki, tibbi müayinələrin aparıldığı mərkəzi rayon xəstəxanası Prezidentin müvafiq Sərəncamı ilə ayrılmış vəsait hesabına inşa olunaraq ötən il istifadəyə verilib, bütün şöbələr ən müasir tibbi avadanlıq və aparatlarla təchiz edilib. Burada hər gün yüzlərlə sakin müayinə olunur. Bundan başqa 8 həkim briqadası tərəfindən kəndlərdəki sahə xəstəxanalarında və tibb məntəqələrində də əhalinin tibbi müayinəsi həyata keçirilir. Qrafikə əsasən indiyədək 69 idarə, müəssisə və təşkilatların kollektivləri, Ağcabədi şəhərinin və 14 kəndin sakinləri daxil olmaqla 49 min 500 nəfərdən çox sakin müayinə olunub.
Mərkəzi rayon xəstəxanasının baş həkimi Novruz Abbasov aksiyanın təşkili və ilkin nəticələri barədə məlumat verərək deyib ki, müayinələr yüksək ixtisaslı və təcrübəli tibb mütəxəssisləri tərəfindən aparılır. Vətəndaşlar kardioqram, ultrasəs, laborator və sair müayinələrdən keçirilir. İndiyədək müayinə olunmuş sakinlərdən 1377-si ambulator, 287-si stasionar müalicəyə cəlb edilib, 150 nəfər respublikanın ixtisaslaşmış xəstəxanalarına göndərilib. Sakinlər daha çox böyrək, ürək-damar, qan təzyiqi, şəkərli diabet və revmatik xəstəliklərdən əziyyət çəkdiklərini bildirirlər.
Hazırda səyyar həkim briqadaları rayonun qəsəbə və kəndlərində müayinələri davam etdirir. Qrafikə əsasən növbəti səyyar müayinələr ən böyük yaşayış məntəqələrindən olan Hindarx qəsəbəsində aparılır. Qəsəbə xəstəxanasının baş həkimi Tahir İsmayılovun verdiyi məlumata görə, aprelin 2-dən indiyədək 1500-dən çox sakin tibbi müayinədən keçirilib. Səhhətində müəyyən problemlər aşkarlanmış 6 nəfərə stasionar müalicə təyin edilib, 15 nəfər mərkəzi rayon xəstəxanasına göndərilib.
Bu humanist və nəcib təşəbbüs sakinlər tərəfindən minnətdarlıqla qarşılanıb. Müayinədən keçən qəsəbə sakini Mənzurə Tağıyeva həkimlərdən, yaradılan şəraitdən razılıq edərək deyib: “Müayinələrin qəsəbəmizdə aparılması sakinlərin ürəyincədir. Həkimlər və tibb işçiləri hər kəsə qayğıkeş münasibət bəsləyirlər. Gözümdə narahatçılıq vardı. Müayinə olundum və uyğun müalicə kursu təyin edildi. Qayğımıza belə yüksək səviyyədə qaldığı üçün dövlətimizə və Prezidentimizə minnətdarıq”.
78 yaşlı Qəndili Tağıyeva isə fikirlərini belə ifadə edib: “Həkimlərin bizi yaşadığımız qəsəbədə müayinə etməsindən çox razıyıq. Digər sakinlər kimi, mən də ətraflı müayinə olundum. Yaradılan bu şəraitə görə hörmətli Prezidentimizə minnətdarlığımı bildirirəm”.
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32

