Binəqədi rayonunda gənclərin hərbi xidmətə yolasalma mərasimi keçirilib
19.04.2014 [13:47]
Dünən Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən Milli Qəhrəmanlar abidəsinin önündən gənclərin hərbi xidmətə yolasalma mərasimi keçirilib. Binəqədi rayon İcra Hakimiyyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon İdarəsi və Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov açıb.
Sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon İdarəsinin rəisi Mehman Qurbanov və Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidən hazırlanma İnstitutunun rektoru, Rayon Ziyalılar Cəmiyyətinin sədri Asəf Zamanov dövlətimizin ordu quruculuğu sahəsində gördüyü işlərdən danışıblar.
YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov da gəncləri təbrik edərək, onlara ölkəmizin müstəqilliyi uğrunda canlarından keçmiş milli qəhrəmanların göstərdiyi şücaətlərdən nümunə götürməyi tövsiyə edib.
Hərbi xidmətə yola düşən gənclər adından çıxış edən Orxan Namazov, Kazım Zeynallı və onların valideynləri qeyd ediblər ki, artıq bütün valideynlər öz övladlarını ürəklə nizami ordularımızda xidmət etməyə göndərə bilirlər. O da bildirilib ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkəmizdə ordu quruculuğu uğurla davam etdirilir.
Sonra Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva çıxış edərək bu cür tədbirlərin yeniyetmə və gənclərin Vətənə sadaqət ruhunda böyüməsi, onlarda dövlət və vətən qarşısında vəzifələrinin layiqincə yerinə yetirilməsi sahəsində məsuliyyətin artırılması nöqteyi nəzərindən mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Çıxışlardan sonra məktəblilərin ifasında mahnılar oxunub, Əməkdar artist Ağalar Bayramov isə vətənpərvərlik mövzusunda şeirlər səsləndirib.
Tədbirin sonunda Dövlət Bayrağının altından keçib, müqəddəs Qurana and içən gənclər həqiqi hərbi xidmətə yola salınıblar.
Xəbər lenti
Hamısına baxDünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32

