Naxçıvan şəhərində yeni yaşayış binası istifadəyə verilib
09.07.2014 [10:44]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: “Bu gün Azərbaycan inamla, uğurla inkişaf edir. Biz, Heydər Əliyevin davamçıları Onun siyasi xəttinə sadiqik. Azərbaycan bu yolla gedir... Ölkəmizin bugünkü reallıqları, bugünkü vəziyyəti bu yolun nə qədər düzgün olmasını əyani şəkildə sübut edir”.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, ötən əsrin 70-ci illərindən başlanan Heydər Əliyev siyasi xətti Naxçıvan Muxtar Respublikasını da inkişaf və tərəqqi yoluna çıxarıb. Artıq muxtariyyətinin 90 yaşını qeyd edən qədim Naxçıvan iqtisadi və mədəni yüksəliş mərhələsinə qədəm qoyub. Bu gün Naxçıvan şəhərində, rayon mərkəzlərində və kəndlərdə yeni sosial obyektlər, inzibati və yaşayış binaları tikilərək istifadəyə verilir, əhalinin rifahı və məişət şəraiti yaxşılaşdırılır.
İyulun 8-də - Ulu öndər Heydər Əliyevin Azərbaycanda ali hakimiyyətə gəlməsinin 45-ci ildönümü ərəfəsində Naxçıvan şəhərində yeni yaşayış binası istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak edib.
Naxçıvan şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov tədbirdə çıxış edərək deyib ki, son illər şəhərin küçə və meydanları, park və xiyabanları yenidən qurulub, yeni sosial obyektlər, inzibati binalar tikilərək istifadəyə verilib. Naxçıvan şəhərində mənzil tikintisi günbəgün genişlənir, müasir yaşayış kompleksləri tikilir. Cari ilin ötən dövründə Naxçıvan şəhərində yeni yaşayış kompleksi istifadəyə verilib, 80 ailə mənzillə təmin olunub. Hazırda şəhərin müxtəlif küçələrində çoxmərtəbəli yeni yaşayış binalarının tikintisi, 6 binada isə əsaslı təmir və yenidənqurma işləri davam etdirilir.
Bina sakini Sadiq Qasımov yeni mənzillə təmin olunmalarını insan amilinə verilən qiymət kimi dəyərləndirib, sakinlər adından minnətdarlıq edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan şəhərində növbəti yaşayış binasının istifadəyə verildiyini bildirib, sakinləri yeni mənzillərlə təmin olunmaları münasibətilə təbrik edərək deyib: “Ölkəmizin uğurlu sosial-iqtisadi inkişafının nəticəsi olaraq yeni yollar və parklar salınır, sosial obyektlər, inzibati binalar və yaşayış massivləri tikilir. Tikinti-quruculuq işləri həyata keçirilərkən köhnə yaşayış binalarının sökülməsi zərurətə çevrilir. Lakin bunun müqabilində vətəndaşlar üçün daha müasir və rahat mənzillər tikilərək istifadəyə verilir. Bu gün istifadəyə verilən yaşayış binası da Naxçıvan şəhərinin müxtəlif məhəllələrində dövlət ehtiyacına görə evləri plana düşmüş sakinlər üçün nəzərdə tutulmuşdur”.
Ali Məclisin Sədri deyib: “Rahat mənzil sağlam yaşayış deməkdir. Yeni yaşayış binasındakı mənzillərdə insanların rahatlığı nəzərə alınmış, lazımi kommunal-məişət şəraiti yaradılmışdır. Sakinlər yaradılan bu şəraitdən düzgün istifadə etməli, tikilənlər qorunub saxlanılmalı, təmizliyə və səliqə-sahmana riayət olunmalıdır”.
“Azərbaycanda quruculuq işlərinin əsası 1969-cu ilin 14 iyulunda qoyulmuşdur”, - deyən Ali Məclisin Sədri bildirib ki, Ümummilli liderimiz Heydər Əliyevin 1969-cu ildə Azərbaycanda siyasi hakimiyyətə gəlməsi ölkəmizin və xalqımızın həyatında yeni intibah mərhələsinin başlanğıcı olub. Həmin tarixdən etibarən Azərbaycan sürətli inkişaf yoluna qədəm qoyub. Bu gün Ulu öndərin yolunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycanda sosial-iqtisadi inkişaf təmin olunub, insanların yaşayışı və məişət şəraiti yaxşılaşdırılıb. Naxçıvan şəhərində istifadəyə verilən yaşayış binası da bu sahədə həyata keçirilən tədbirlərin tərkib hissəsidir.
Ali Məclisin Sədri sakinləri yeni mənzillərlə təmin olunmaları münasibətilə bir daha təbrik edib, onlara rahat həyat arzulayıb.
Sonra Ali Məclisin Sədri mənzillərin orderlərini sakinlərə təqdim edib, rəmzi açılışı bildirən lenti kəsib, binada yaradılan şəraitlə tanış olub.
Məlumat verilib ki, 1 girişi olan bina 3 mərtəbə və 12 mənzildən ibarətdir. Mənzillərdən 10-u ikiotaqlı, 2-si isə 3 otaqlıdır. Binaya kommunikasiya xətləri çəkilib, mərkəzi antena sistemləri qurulub, mənzillər fərdi istilik sistemi ilə təmin olunub. İsti, soyuq və rütubətə davamlı izolə qatına malik olan binanın həyətində də geniş abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03

