Nədir bu “beynəlxalq operativlik”?
07.08.2014 [09:49]
Beynəlxalq Amnistiya Təşkilatı (Amnesty International) son bir həftə ərzində Azərbaycanla bağlı düz 3 dəfə ayrıca bəyanatla çıxış edib. Bunlardan ikisi Vətənə xəyanət də daxil olmaqla bir sıra cinayətləri törətməkdə şübhəli bilinən Leyla Yunusova, biri isə vergidən yayınma və s. kimi məsələlərdə şübhəli bilinən Rəsul Cəfərovla bağlıdır.
Bir beynəlxalq təşkilatın insan haqları sahəsində, yəni öz profilinə uyğun fəallıq və operativlik göstərməsi, əslində, alqışlanasıdır. Amma ortada bəzi əmmalar olmasaydı.
Birincisi, niyə bu təşkilat Azərbaycan hüquq mühafizə orqanlarının az qala bütün addımlarını araşdırmadan şübhə altına alır?
İkincisi, sabah Leyla Yunusova və Rəsul Cəfərovla bağlı irəli sürülən ittihamlar təsdiqini tapsa, Beynəlxalq Amnistiya hansı bəyanatı verəcək?
Üçüncüsü, necə olur ki, insan haqları məsələsində bu qədər həssas olduğunu iddia edən bir təşkilat artıq bir aydır ki, Ermənistan tərəfindən girov götürülmüş, biri öldürülmüş, ikisi də işgəncələrə məruz qalmaqda olan üç vətəndaşımızla bağlı bir kəlmə belə olsun danışmır və ya danışmaq istəmir? Nədir, Leyla Yunusovanın, Rəsul Cəfərovun insan kimi haqları var, Ermənistanın girov götürdüyü, özü də Azərbaycan ərazisində girov götürdüyü Azərbaycanlıların insan haqları yoxdur?
Bir də son günlərdə, elə bu üç bəyanat yayımlandığı günlərdə, Ermənistanın işğalçı ordusu Azərbaycan əsgərlərini öldürəndə niyə susur görəsən Beynəlxalq Amnistiya? Kimsə deyə bilər ki, Beynəlxalq Amnistiyanın işi həbsdəkilərlədir. Elədirsə, Ukraynadakı bölücülük olaylarına niyə reaksiya verir?
Yadımdan çıxmamış onu da deyim ki, bir zamanlar bu təşkilat bölücü Əlikram Hümbətovu, indi Leyla Yunusovanı müdafiə edənlərin hakimiyyətini devirmiş Surət Hüseynovu, metroda iki dəfə partlayış törətmiş bölücü “Sadval” təşkilatının üzvü Azər Kərimovu da vicdan məhbusu elan edərək həbsdən buraxmağa çağırırdı. Özü də bu adamların müdafiəsini Leyla Yunusova təşkil edirdi. Bunu da elə-belə dedim, bəzi adamlara xatırlatmaq üçün...
Deyirəm, nədir görəsən bu “beynəlxalq operativlik”?
Azər Həsrət
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04

