/ / Bilik Fondunun “İlboyu bilik” proqramı çərçivəsində “Azərbaycan bu gün və sabah” mövzusunda mühazirə maraqla qarşılanıb
Bilik Fondunun “İlboyu bilik” proqramı çərçivəsində “Azərbaycan bu gün və sabah” mövzusunda mühazirə maraqla qarşılanıb
17.09.2014 [09:20]
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu “İlboyu bilik” proqramı çərçivəsində 15 sentyabr - “Bilik Günü” ilə əlaqədar tanınmış elm xadimlərinin, bir neçə xarici ölkə səfirinin iştirakı ilə ölkəmizin bütün rayonlarında mühazirələr təşkil edib.
Həmin gün Bilik Fondunun lektorları 70-dən çox məktəbdə Ulu öndər Heydər Əliyevə həsr olunan açıq dərslərdə iştirak edib, şagirdlərə “Azərbaycan bu gün və sabah” mövzusunda mühazirələr deyiblər.
AzərTAc xəbər verir ki, layihəyə əsasən, Bakı şəhəri üzrə Təhsil İdarəsinin multimedia bölməsinin müdiri, uşaq yazıçısı, Avropa Təbiət Elmləri Akademiyasının akademiki Solmaz Amanova yeni tədris ilinin ilk günündə İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbinin X-a sinfinin şagirdləri qarşısında “Azərbaycan bu gün və sabah” mövzusunda mühazirə ilə çıxış edib.
Diskussiya formasında, interaktiv şəkildə davam edən dərs müddətində Solmaz Amanova məktəblilərə Vətən sevgisindən danışıb, Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən faktların və rəqəmlərin dili ilə geniş söhbət açıb.
Dərs qurtardıqdan sonra S.Amanova məktəbin müəllim kollektivi və rayon ziyalıları ilə görüş keçirib.
Görüşdə Solmaz Amanova, rayon icra hakimiyyəti başçısının müavinləri Rövşən Ağayev və Sevil Əhmədova çıxış edərək Bilik Fondunun reallaşdırdığı “İlboyu bilik” proqramı çərçivəsində həyata keçirilən tədbirləri yüksək qiymətləndiriblər.
Sonda Solmaz Amanova Bilik Fondunun bukletlərini və mühazirəsinin elektron variantını rayon icra hakimiyyətinə təqdim edib. Həmçinin, 1893-cü ildə İsmayıllı rayonunun Qalagah kəndində tapılan, eramızdan əvvəl II əsrə aid olan, hazırda Sankt-Peterburqun Ermitaj muzeyində saxlanılan “Nereida hippokampda” gümüş nimçəsi haqqında S.Amanovanın yazdığı “İnsan iz qoyur”, “Xanəgah əczaxanası” və “İRS” elektron kitabları rayon mərkəzi kitabxanasına hədiyyə edilib.
Xəbər lenti
Hamısına baxDünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Dünya
17 İyul 21:25
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57
Hadisə
17 İyul 13:50
İdman
17 İyul 13:19
İqtisadiyyat
17 İyul 12:49
YAP xəbərləri
17 İyul 11:55
Gündəm
17 İyul 11:46
Ədəbiyyat
17 İyul 11:42
Gündəm
17 İyul 11:35
İqtisadiyyat
17 İyul 11:31
Analitik
17 İyul 11:30
Gündəm
17 İyul 11:24
Gündəm
17 İyul 11:22
Gündəm
17 İyul 11:15
Analitik
17 İyul 11:15
Gündəm
17 İyul 11:14
İqtisadiyyat
17 İyul 11:14
Mədəniyyət
17 İyul 11:13
Gündəm
17 İyul 11:10
Siyasət
17 İyul 11:08
Dünya
17 İyul 10:55
Dünya
17 İyul 10:29
İdman
17 İyul 10:27
Analitik
17 İyul 10:09
Siyasət
17 İyul 09:56
Elm
17 İyul 09:48
Dünya
17 İyul 09:42
Sosial
17 İyul 09:34
Dünya
17 İyul 09:17
Hadisə
17 İyul 08:47
Dünya
16 İyul 22:41

