“Açıq Əyləncəli Futbol Məktəbləri” layihəsi üzrə Ağdam bölməsinin yeni mövsümdə açılışı olub
31.10.2014 [09:52]
Dünən Ağdam rayonunun Quzanli qəsəbə stadionunda “Açıq Əyləncəli Futbol Məktəbləri” layihəsi üzrə Ağdam bölməsinin yeni mövsümünün açılış mərasimi keçirilib. Tədbirin əsas məqsədi müxtəlif sosial təbəqədən olan uşaqları xüsusi futbol konsepsiyasından istifadə etməklə ümumi maraq naminə birləşdirməkdən ibarətdir. Açılış mərasimində AFFA-nın birinci vitse-prezidenti, millət vəkili Rauf Əliyev, Milli Məclisin deputatı Aqil Abbas, Ağdam rayon İcra Hakimiyyəti başçısının birinci müavini Zülfü Qasımov, rayon Gənclər və İdman İdarəsinin rəisi Elnur Əhmədov, AFFA-nın nümayəndəsi Elburus Abbasov, müxtəlif yaş qrupları üzrə uşaqlar və digər qonaqlar iştirak ediblər.
Tədbirdə çıxış edən Rauf Əliyev məktəblilərə uğurlar arzulayıb. “Açıq Əyləncəli Futbol Məktəbləri” ilə ilk tanışlığının 2002-ci ildə Bosniya və Herseqovinada olduğunu deyən R.Əliyev bildirib ki, “Açıq Əyləncəli Futbol Məktəbləri” layihəsi Kopenhagendə Kəsişən Mədəniyyətlər Assosiasiyası (CCPA) və Norveç Futbol Federasiyası arasında birgə əməkdaşlıq vasitəsi ilə münaqişələr olan ölkələrdə həyata keçirilir. Onun sözlərinə görə, layihənin əsas məqsədi etnik münaqişələr olan ölkələrdə yaşayan uşaqlara həyatlarının ağrı-acılarını bir qədər unutdurmaq, onların həyat tərzinə futbol və əyləncəli oyunlar vasitəsi ilə müsbət təsir göstərməkdir: “Burada başlıca məqsəd “əyləncəli konsepsiya”dan ibarətdir. Tapşırıqlarımız futbol oyununda elə bir aspektə yönəlir ki, oyun tam əyləncədən ibarət olsun, yalnız bundan sonra xal və əldə olunan nəticənin səviyyəsinə əhəmiyyət verilir. “Açıq Əyləncəli Futbol Məktəbləri”nin əsas prinsipi istedadlı futbolçu hazırlayıb təkmilləşdirməkdən ibarət deyil. Təşkilatçıların, klubların əsas məqsədi istedadlı uşaqları seçmək, bundan sonra onlarda olan istedadı inkişaf etdirməkdir. Bu məktəblərə bacarığından, istedadından asılı olmayaraq 7-12 yaşında oğlan və qız uşaqları qəbul olunur”.
Millət vəkili qeyd edib ki, Azərbaycanda ilk nümunəvi “Açıq Əyləncəli Futbol Məktəbi” 2003-cü ildə “Neftçi” İdman-Sağlamlıq Mərkəzində olub. Məktəbin fəaliyyətində 200 uşaq, 12 nəfər məşqçi, 2 nəfər lider iştirak edib. 2004-cü ildə isə AFFA-nın nəzdində “Açıq Əyləncəli Futbol Məktəbləri”nin ofisi açılıb və o zamandan Azərbaycanda “Açıq Əyləncəli Futbol Məktəbləri” layihəsi tam fəaliyyətə başlayıb. Artıq bu layihə bir çox rayonlarda həyata keçirilir. R.Əliyev 2014-cü il ərzində ölkədə 12 “Açıq Əyləncəli Futbol Məktəbi”nin açılmasının planlaşdırıldığını deyib: “Bununla da, ölkəmizdə bu məktəblərin ümumi sayı 137-ə çatacaq ki, bu da təxminən 24000 uşaq, 1800 məşqçi-müəllim, lider və təlimatçı deməkdir”.
R.Əliyev bu layihənin həyata keçirilməsinə dəstək göstərən bütün təşkilatlara təşəkkür edib.
Tədbirdə çıxış edən digər natiqlər də layihənin əhəmiyyətini vurğulayıblar.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
26 Aprel 23:40
İdman
26 Aprel 23:28
Hərbi
26 Aprel 22:30
Sosial
26 Aprel 21:44
İdman
26 Aprel 21:09
Sosial
26 Aprel 20:35
Siyasət
26 Aprel 20:35
Dünya
26 Aprel 19:18
Dünya
26 Aprel 18:33
Dünya
26 Aprel 17:25
Dünya
26 Aprel 16:41
Gündəm
26 Aprel 16:37
Elm
26 Aprel 15:26
Hadisə
26 Aprel 14:50
Sosial
26 Aprel 14:29
İdman
26 Aprel 13:37
Sosial
26 Aprel 12:28
Sosial
26 Aprel 12:19
Dünya
26 Aprel 11:34
Gündəm
26 Aprel 11:29
Dünya
26 Aprel 10:22
Dünya
26 Aprel 09:41
Dünya
26 Aprel 08:38
Elm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35

