Səbailli yeniyetmələrin daha bir qrupu cənub bölgəsinə yola düşüb
15.11.2014 [11:25]
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, respublikamızın şəhər və rayonlarının yuxarı sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiyanın ikinci mərhələsi çərçivəsində Bakı şəhəri Səbail rayonundan olan daha 45 nəfər məktəblinin Lənkəran, Masallı və Lerik rayonlarına yola salınması mərasimi olub.
Səbail rayon İcra Hakimiyyətindən AzərTAc-a bildiriblər ki, Sahil bağında təşkil olunan mərasimdə rayon rəhbərliyi, aksiya iştirakçısı olan məktəblilər, onların valideynləri və təhsil aldıqları məktəblərin direktorları, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Rayon icra hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova turun məqsədi barədə məlumat verib, dövlətimizin başçısının gənclərin tərbiyəsi, onların savadlı, vətənpərvər böyüməsi və fiziki inkişafı istiqamətində gördüyü işlərdən danışıb, bu kimi turların təşkilinin də həmin tədbirlər çərçivəsində olduğunu vurğulayıb. Bildirilib ki, iştirakçılar rayonun orta məktəblərində təhsil alan, öz təhsili və nümunəviliyi, ictimai həyatda fəallığı ilə fərqlənən şagirdlər arasından seçiliblər. Bu tur-aksiya çərçivəsində bir neçə gün əvvəl rayon məktəblilərinin 45 nəfərlik qrupu Lənkəran, Masallı və Lerik rayonlarında olub, bu rayonların görməli yerlərini gəzib, tarixi abidələri ilə tanış olublar. Aksiya qədim tariximizin, bölgələrdə olan maddi-mədəniyyət abidələrimizin, adət-ənənələrimizin öyrənilməsi baxımından məktəblilərin yaddaşında əvəzsiz iz buraxıb. İştirakçıların bir çoxu ölkəmizin cənub bölgəsində ilk dəfə idi ki, olurdular və onlar buradan böyük təəssüratlarla qayıdıblar. Tur müddətində təşkilatçılar tərəfindən yeniyetmələr üçün hər cür şərait yaradılıb.
Qeyd edilib ki, cari ilin yay aylarında Səbail rayon İcra Hakimiyyətinin Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyinin Daxili Qoşunları ilə birgə layihəsi əsasında 350 yeniyetmənin Quba və Qusar rayonlarında hərbi vətənpərvərlik təmayüllü “Gənc Heydərçilər” və “Şahinlər” yay istirahət düşərgələrində istirahətləri təşkil olunub. Bu zaman həmin yeniyetmələr Quba və Qusar rayonları ilə yaxından tanış olublar. Bu səfərlər yeniyetmə və gənclərin bilik və savadının, dünyagörüşünün artırılması istiqamətində mühüm tədbirlərdir.
Sonra yeniyetmələr cənub bölgəsinə yola salınıblar.
Turun planına uyğun olaraq şagirdlər əvvəlcə UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilmiş Qobustan Milli Tarix-Bədii Qoruğuna və Şirvan Milli Parkına ekskursiya edəcək, daha sonra Masallı şəhərinə gedəcəklər.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

