Mətbuat Şurasının təşəbbüsü ilə yubilyar jurnalist evində ziyarət edilib
22.11.2014 [11:42]
Azərbaycan Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin təşəbbüsü ilə ömrünün 35 ilini “Xalq qəzeti”ndə çalışmış Tamara Əliyeva ziyarət edilib. Şuranın “Ahıl jurnalistlərə qayğı: keçmişimizə ehtiram gələcək üçün təcrübə qaynağımızdır” layihəsi çərçivəsində gerçəkləşdirilmiş ziyarət veteran qələm sahibinin 85 illiyi ilə bağlı olub.
MŞ sədri Əflatun Amaşov T.Əliyevanın milli jurnalistikamızın inkişafındakı xidmətlərindən söz açıb. Yubilyarı Azərbaycanda qadınları jurnalist peşəsinə bağlayan canlı örnəklərdən biri kimi dəyərləndirib. O, rəhbərlik etdiyi qurumun yubiley plaketini xanım jurnalistə təqdim edib. T.Əliyeva, həmçinin, Ahıl Jurnalistlər Məclisinin xatirə hədiyyəsi ilə də mükafatlandırılıb.
MŞ-nin Ahıl Jurnalistlər Məclisinin rəhbəri Yusif Kərimov qocaman jurnalistin mənalı ömür yoluna dair müxtəlif maraqlı məqamlar üzərində dayanıb. Vaxtilə T.Əliyeva ilə birlikdə işləmiş jurnalistlərdən Rafiq Həsənov, Flora Sadıqova, Məzahir Süleymanzadə onun məsuliyyətli işçi və bacarıqlı jurnalist, yaxşı təşkilatçı və qayğıkeş yoldaş kimi kollektivdə böyük nüfuz qazandığını məmnunluqla yada salıblar. “Xalq qəzeti”nin təmsilçiləri Tahir Aydınoğlu, İlqar Musaoğlu, Rafiq Salmanov T.Əliyevanın bu gün də keşmiş iş yoldaşları ilə yaxın təmasda olduğunu, redaksiyanın məclislərinə qatıldığını diqqətə çatdırıblar.
85 yaşlı T.Əliyeva jurnalist həmkarlarını özü dəmlədiyi plova qonaq edib. Süfrə arxasında davam edən söhbətdə yubilyar jurnalistikada keçən günlərdən xoş duyğularla söhbət açıb, həmkarlarına peşəkar mətbuatımızın sınaqdan çıxmış ənənələrini xatırladıb, yeni nəsil qələm sahiblərinin söz azadlığından bacarıqla yararlanmasının vacibliyini önə çəkib.
Qeyd edək ki, T.Əliyeva Bakı Dövlət Universitetinin II Dünya müharibəsindən sonra açılmış jurnalistika şöbəsinin üçüncü buraxılış məzunu olub. 1953-cü ildə ölkənin avanqard dövri nəşri sayılan “Kommunist” (indiki “Xalq qəzeti”) qəzetində ilk ali təhsilli jurnalist qadın kimi fəaliyyətə başlayıb. 35 il fasiləsiz olaraq burada çalışıb, müxtəlif şöbələrdə müxbir, müdir vəzifələrini tutub, ayrı-ayrı illərdə redaksiyanın partiya və həmkarlar təşkilatlarına rəhbərlik edib. T.Əliyevanın bir sıra aktual mövzulara dair yazıları oxucular tərəfindən maraqla qarşılanıb, geniş əks-səda doğurub. Xanım jurnalist təqaüdə çıxandan sonra da respublikanın kütləvi informasiya vasitələri ilə əməkdaşlığını davam etdirib.
Xəbər lenti
Hamısına baxSiyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59

