“YARAT” xeyriyyə məqsədilə satış-sərgi keçirib
12.12.2014 [09:27]
İçərişəhərin “Art Garden” sərgi salonunda “YARAT” Müasir İncəsənət Məkanı və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “BACARART” layihəsi çərçivəsində geniş miqyasda xeyriyyə satış-sərgisi keçirilib.
AzərTAc xəbər verir ki, mərasimdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova “BACARART” layihəsinin əhəmiyyətindən söz açıb.
Bildirib ki, artıq iki ildir davamlı olaraq həyata keçirilən bu layihə aztəminatlı ailələrdən olan yaradıcı qabiliyyətli uşaqların dəstəklənməsinə yönəlib.
Layihənin əsas məqsədi Azərbaycanın müxtəlif regionlarından olan istedadlı uşaqların yaradıcı potensiallarının inkişafına təkan verməkdir.
H.Hüseynova deyib: “Ən əsası odur ki, bu uşaqlar yaradıcılıqla məşğul olublar, asudə vaxtlarını maraqlı işlərə həsr ediblər. Mən “YARAT” təşkilatının rəhbəri Aida Mahmudovaya dərin minnətdarlığımı bildirirəm. İnanıram ki, bu layihə davamlı olacaq. Gələcəkdə daha çox uşaqlar layihəyə cəlb ediləcəklər”.
Sonra layihənin iştirakçılarına hədiyyələr təqdim olunub.
Daha sonra tədbir iştirakçıları “BACARART” layihəsi haqqında videoçarxa baxıblar. Mərasim bədii proqramla davam edib.
Xatırladaq ki, 2014-cü ildə layihədə rəssamlardan Ramal Kazımov, Vüsal Rəhim, Sitarə İbrahimova və Reza Hazare iştirak ediblər. Onların rəhbərliyi ilə “BacarArt”ın gənc iştirakçıları kompozisiya, rəsm, kollaj və fotoqrafiyanın əsaslarını mənimsəyiblər.
2014-cü ildə layihə Azərbaycanın artıq 11 regionunu - Bakının Şüvəlan qəsəbəsini, Göygöl, Sabirabad, İsmayıllı, Zərdab, Hacıqabul, Zaqatala, Saatlı, Qəbələ, Goranboy və Ağdam rayonlarını əhatə edib. Layihənin birinci mərhələsində 50 istedadlı uşaq və yeniyetmə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Saatlı və Göygöl regional mərkəzlərində toplaşıblar. İş prosesinə komitənin 10 təlimatçısı nəzarət edib.
Layihənin ikinci mərhələsində iştirakçılar Şəkidəki “Marxal” kurort kompleksi ərazisində yay məktəbi çərçivəsində ünsiyyəti davam etdiriblər. On gün ərzində iştirakçılar Şəki xanlarının sarayını, “Gələrsən-Görərsən” qalasını, Cümə məscidini, Kiş qala və məqbərəsini, Yuxarı Çardaxlardakı qalanı, Orta Zəyzitdəki qüllə və məbədi və digər memarlıq abidələrini ziyarət ediblər.
Səfalı mənzərələr, şəhər təlaşından təcridolunma və sərbəstlik şəraiti hər bir uşağın potensialını maksimal şəkildə aşkar etməyə kömək olub.
Layihə nəticəsində 150-dən çox rəsm və 80-dən çox fotoşəkil yaradılıb. Buna baxmayaraq layihənin final mərhələsi üçün yalnız ən yaxşı 19 fotoşəkil və 41 rəsm seçilib.
Satış-sərgidən əldə olunan bütün vəsait 30 finalçının ailələrinə paylanacaq və onların istedadlarının sonrakı inkişafına yönəldiləcək.
Qeyd edək ki, layihə iştirakçıları satış-sərgidən əvvəl Bakıya toplaşaraq Heydər Əliyev Mərkəzini və şəhərin tarixi yerlərini ziyarət ediblər.
Xəbər lenti
Hamısına baxSiyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59

