Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Mingəçevir şəhərində bələdiyyə seçkiləri şəffaf şəraitdə keçirilib

Mingəçevir şəhərində bələdiyyə seçkiləri şəffaf şəraitdə keçirilib

24.12.2014 [09:42]

Bələdiyyə seçkiləri bir çox yerlərdə olduğu kimi Mingəçevir şəhərində də yüksək səviyyədə keçirilib. Seçkilərin gedişi haqqında məlumat verən Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov bildirib ki, şəhər seçiciləri iki Seçki Dairəsi üzrə məntəqələrdə səs veriblər. Belə ki, 47 saylı Mingəçevir seçki dairəsi özündə 30 məntəqəni və 36 min 963 seçici, 49 saylı Yevlax-Mingəçevir Seçki Dairəsi isə 12 məntəqəni və 12 min 529 seçicini əhatə edir.
C.Yusubovun sözlərinə görə, məntəqələr maddi-texniki cəhətdən tam təmin olunub, səsvermənin gedişini xeyli sayda müşahidəçilər izləyir. Mingəçevir şəhər bələdiyyəsi üzvlərinin sayının 19 nəfər olduğunu deyən C.Yusubovun sözlərinə görə, buna müvafiq olaraq da YAP Mingəçevir şəhər təşkilatı bələdiyyəyə 19 nəfərin namizədliyini irəli sürüb. Onun sözlərinə görə, seçki kampaniyası müddətində partiyamızın namizədlərinin fəal təbliğatı aparılıb. Bunun əsasında da seçicilərin böyük əksəriyyəti YAP-ın namizədlərinə səs verəcəklərini bildiriblər.
Mingəçevir şəhərində səsvermənin gedişini izləyən müşahidəçilər də bütün məsələlərin qanunvericiliyə uyğun şəkildə yerinə yetirildiyini qeyd ediblər. Müşahidəçi Rövşən Vəliyev bildirib ki, səsvermə normal şəraitdə baş tutub: “Mən məntəqə açılandan prosesi izləyirəm. Hər şey qaydasındadır, heç bir qanun pozuntusuna rast gəlməmişəm. Seçki şəffaf şəkildə həyata keçirilir”.
Digər müşahidəçi Natiq Cəfərov da səsvermənin gedişində heç bir problem müşahidə etmədiyini deyib: “Seçkilər beynəlxalq standartlara uyğun qaydada keçirilir. Bunun üçün bütün imkanlar yaradılıb”.
Seçicilərdən isə Ənvər Abdullayev bütün seçkilərdə iştirak etdiyini deyib: “Müstəqil Azərbaycanda keçirilən bütün seçkilərdə iştirak etmişəm. Mən həmişə Heydər Əliyev siyasətinə səs vermişəm və bu dəfə də bu siyasətə səs verdim. Seçimim YAP-ın namizədləri oldu”.
Digər seçici Aslan İbrahimov da YAP-ın namizədlərinə səs verdiyini deyib: “Biz bilirik ki, Azərbaycanın inkişaf və tərəqqisi Ulu öndərimizin adı ilə bağlıdır. Ona görə də, həmişə bu siyasəti dəstəkləyirəm. Bələdiyyə seçkilərində də həyat yoldaşımla gəlib YAP-ın namizədlərinə səs verdim”.
N.BAYRAMLI

Paylaş:
Baxılıb: 951 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Yeni texnologiyalar

Ədəbiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30