“Bakcell” hazırda Mobil Nömrə Daşınması sahəsində liderdir
14.01.2015 [09:36]
Mobil Nömrə Daşınması (MND) xidməti vasitəsilə “Bakcell” şəbəkəsinə qoşulan abunəçilərin sayı birlikdə digər iki şəbəkəyə qoşulan abunəçilərin sayından daha çoxdur. Ümumiyyətlə, 2014-cü ildə “Bakcell” şəbəkəsinə daha çox abunəçi qoşulub. Şirkətdən verilən məlumatda qeyd olunur ki, MND xidmətindən istifadə edərək mobil rabitə operatorlarını dəyişməyə qərar vermiş bütün abunəçilərin 62 faizdən çoxu “Bakcell” şəbəkəsinə qoşulub. Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi olan şirkətdən bildirilir ki, “Bakcell” hazırda Mobil Nömrə Daşınması sahəsində liderdir. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzinin (MHM) verdiyi məlumata görə, indiyə kimi MND xidmətindən istifadə etmiş abunəçilərin sayı 12000 nəfərdən çoxdur. “Bakcell”dən verilən məlumatda isə bildirilir ki, bu abunəçilərin 7500 nəfəri öz nömrələrini məhz “Bakcell” şəbəkəsinə daşıyıb.
“Bakcell” şirkəti RYTN-nin MND xidmətinin tətbiqi ilə bağlı təşəbbüsünü ilk gündən dəstəkləyib. Biz öz köhnə şəbəkələrinin “əsirinə” çevrilmiş abunəçilərin cəlb edilməsi baxımından “Bakcell”in qazanan bir şirkət olacağına ümid edirdik. Abunəçilər bizim ümidlərimizi doğrultdular və RYTN-nin verdiyi məlumat göstərir ki, “Bakcell” öz abunəçilərinə ən münasib qiymətlərlə yüksək keyfiyyətli xidmət və məhsullar təklif edir. MND xidmətinin yerli bazarda təklif olunmağa başlamasından bir ildən az müddət keçdiyinə baxmayaraq, biz artıq deyə bilərik ki, bu xidmətin şirkətimiz və bütün bazar üçün çox müsbət nəticəsi olub. Biz bu rəqəmin gələcəkdə də artmaqda davam edəcəyinə və “Bakcell” şirkətinin bu prosesdə lider mövqeyini qoruyub saxlayacağına əminik”, - deyə “Bakcell”in baş icraçı direktoru Riçard Şirer bildirib.
Xatırladaq ki, öz nömrələrini “Bakcell” şəbəkəsinə daşımaq istəyən digər operatorların abunəçiləri tərəfindən verilən sorğular 1 fevral 2014-cü ildən icra edilməyə başlanıb. Digər mobil operatorların abunəçiləri öz nömrələrini köçürmək üçün “Bakcell”in Müştəri Xidmətləri Mərkəzlərinə və ya “BakcellİM” mərkəzlərinə müraciət edə bilərlər.
Məlumatda, həmçinin, qeyd olunur ki, “Bakcell” 2014-cü il ərzində ölkədə fəaliyyət göstərən üç mobil rabitə operatoru arasında mobil rabitə abunəçilərinin ən böyük artımı müşahidə olunmuş şirkətdir. “Interconnect” sistemlərindən əldə olunmuş məlumata görə, “Bakcell” şirkətinin aktiv mobil rabitə abunəçi bazası müvafiq olaraq digər iki operatorun 0,4 faiz və 4 faiz göstəriciləri ilə müqayisədə 6,6 faizə qədər artıb.
“Abunəçi bazasının artımı bir daha sübut edir ki, “Bakcell” öz abunəçiləri üçün ən yaxşı dəyər və keyfiyyət kombinasiyasını təklif edir. Yeni abunəçilərin şəbəkəmizə qoşulması və mövcud müştərilərimizin sadiqliyi sayəsində bizim mobil səs xidmətlərimizdən istifadə edən abunəçilərin sayı 2014-cü ildə rəqiblərimizlə müqayisədə daha sürətlə artıb. Bu isə o anlama gəlir ki, abunəçilər “Bakcell”in təklif etdiyi xidmət və məhsulların üstünlüyünü və əla xidmət səviyyəsini qiymətləndirirlər”, - deyə Riçard Şirer vurğulayıb.
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxDünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
İqtisadiyyat
23 İyul 14:20
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09

