ADU-da 20 Yanvar faciəsinə həsr olunan tədbir keçirilib
17.01.2015 [11:05]
Dünən Azərbaycan Dillər Universitetində (ADU) 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Bu ali məktəbin tələbəsi olmuş 20 Yanvar şəhidi Ülvi Bünyadzadənin adını daşıyan açıq muzeyin qarşısında keçirilən tədbirdə öncə universitetin müəllim-tələbə heyəti Şəhidlər Xiyabanını ziyarət edib, 20 Yanvar şəhidlərinin məzarları önünə tər-çiçək dəstələri qoyublar.
Tədbirdə çıxış edən ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov 1990-cı ilin yanvarında baş vermiş qanlı hadisələrdən 25 il keçdiyini qeyd edib, bu tarixin Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinin şərəfli səhifələrindən olduğunu vurğulayıb.
Rektor tələbələrin əksəriyyətinin həmin hadisələr barədə kitablardan, arxivlərdən öyrəndiklərini bildirib, gənclərə qısa, lakin şərəfli ömür yaşamış Ülvi Bünyadzadə kimi cəsur, vətənpərvər olmağı tövsiyə edib. Vurğulanıb ki, müstəqilliyi qorumaq onu əldə etməkdən daha çətindir. Müstəqilliyi qorumağın əsas şərtlərindən biri isə tarixi yaddaşı qorumaqdır.
Səməd Seyidov çıxışında həmçinin, 20 Yanvar hadisələrinin əsl siyasi qiymətini almasında və bu faciənin dünyaya çatdırılmasında Ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərini, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bu siyasətin hazırda uğurla davam etdirildiyini də vurğulayıb.
Daha sonra 20 Yanvar hadisələri, həmçinin, həmin vaxt şəhidlik zirvəsinə ucalmış insanlar haqqında videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən, ADU-nun Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin dekanı Anar Nağıyev, Ülvi Bünyadzadənin bacısı şərqşünas alim, fəlsəfə elmləri doktoru Könül Bünyadzadə 20 Yanvar faciəsinin başvermə səbəblərindən və acı nəticələrindən söz açıb, onu törədənlərin ən ağır cəzaya layiq olduqlarını vurğulayıblar.
Çıxışlardan sonra ADU YAP Gənclər Birliyinin sədri Nərgiz Məmmədova Bəxtiyar Vahabzadənin “Şəhidlər” adlı şeirini səsləndirib.
Xəbər lenti
Hamısına baxElm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
İqtisadiyyat
23 İyul 14:20
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39

