“Asiya ölkələri beynəlxalq münasibətlər sistemində” kitabı nəşr olunub
17.01.2015 [11:07]
Bakı Dövlət Universiteti beynəlxalq münasibətlər kafedrasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Rza Talıbovun “Asiya ölkələri beynəlxalq münasibətlər sistemində” kitabı “Elm və təhsil” nəşriyyatında çap olunub.
Kitabda Asiya ölkələrinin dünya siyasətində və beynəlxalq münasibətlər sistemindəki yeri, mövqeyi və əhəmiyyəti təqdim olunur. Müəllif, eyni zamanda, beynəlxalq münasibətlərin üzvi tərkib hissəsi olaraq Azərbaycan Respublikasının Asiya ölkələri ilə çoxcəhətli əlaqələrinə də kitabında geniş yer ayırıb.
Bütövlükdə altı bölmə, 27 yarımfəsildən ibarət olan 312 səhifəlik kitab “Nəticə” və ədəbiyyat siyahısı ilə tamamlanır.
“Çin Xalq Respublikası beynəlxalq münasibətlər sistemində” adlanan birinci bölmədə Çin Xalq Respublikasının dünya siyasətində mövqeyi, həmçinin Asiya ölkələri ilə əlaqələrinə nəzər salınır. Azərbaycan-Çin əməkdaşlığı isə ayrıca yarımfəsildə geniş təhlil obyekti kimi çeşidli faktlarla araşdırılır.
“Beynəlxalq münasibətlər və Yaponiya” bölməsi də maraqlı mövzular üzrə təqdim olunur. Burada dünya siyasətinin cazibə qüvvəsi kimi xarakterizə edilən Yaponiyanın ABŞ, ÇXR, Rusiya və digər Cənub-Şərqi Asiya ölkələri ilə əlaqələrindən geniş söhbət açılır. Əsərin müəllifi Azərbaycan-Yaponiya əməkdaşlığı məsələlərinə də ətraflı nəzər salır, ölkəmizin Yaponiya ilə siyasi-diplomatik əlaqələri, təhsil sahəsində əməkdaşlığı, turizm, səhiyyə, idman, eləcə də mədəni və ədəbi əlaqələrindən ətraflı bəhs edir.
Kitabın “Koreya Respublikası dünya siyasətində” adlanan fəslində Koreya Respublikasının müasir beynəlxalq münasibətlər sistemində yeri, beynəlxalq təşkilatlardakı nüfuzu, dünya siyasətindəki mövqeyi, həmçinin Azərbaycanın Koreya ilə əlaqələri sistemli şəkildə təhlil olunur.
“Dünya siyasətində Sinqapur”, “Beynəlxalq münasibətlərdə Malayziya” və “Vyetnam Sosialist Respublikası dünya siyasətində” bölmələrində dünya siyasətində gedən proseslərin işığında Sinqapur, Malayziya və Vyetnam kimi ölkələr bir sıra aspektlər üzrə: siyasi-iqtisadi, eləcə də diplomatik və mədəni əlaqələr cəhətdən geniş elmi təhlil obyekti kimi seçilib. Qeyd olunan ölkələrin Azərbaycanla ikitərəfli və çoxşaxəli əməkdaşlıq məsələləri geniş araşdırmaya cəlb edilib.
Beləliklə, müəllif tərəfindən Azərbaycan Respublikasının Çin, Yaponiya, Koreya, Sinqapur, Malayziya və Vyetnam kimi Asiya ölkələri ilə əməkdaşlığına xüsusi diqqət yetirilməsi əsərin maraq doğuran cəhətlərindən birinə çevrilib. Kitabda ayrıca yarımfəsillərdə ölkəmizin qarşılıqlı iqtisadi, siyasi, diplomatik, eləcə də mədəni və ədəbi əlaqələri elmi təhlil süzgəcindən keçirilib. R.Talıbov Asiya ölkələrinin Azərbaycan Respublikası ilə əlaqələrindən bəhs edərkən bu istiqamətdə ölkəmizdə müstəqillik dövründə ardıcıl olaraq məqsədyönlü şəkildə həyata keçirilən dövlət siyasətinin əhəmiyyətini geniş şərh edib. Müəllifin elmi qənaətində dünya siyasətinin əsas mərkəzlərindən birinə çevrilmiş Asiya ilə əməkdaşlıq Azərbaycan dövlətinin yeni tarixi epoxadakı aparıcı istiqamətlərindən biri kimi əsaslandırılıb.
Adları çəkilən region ölkələrinin tarixinə də qısa ekskurs olunan əsərdə müəllif çoxsaylı elmi və elmi-kütləvi mənbələrə istinad edərək məqsədyönlü şəkildə oxucuya dərin məzmunlu və hərtərəfli bilik vermək missiyasını uğurla yerinə yetirib. Kitabın mənbəşünaslıq bazası geniş və zəngindir.
Nəşrin elmi redaktoru, tarix elmləri doktoru, professor Ağalar Abbasbəyli, rəyçilər tarix elmləri doktoru, professor Zeynal Həsənəliyev və hüquq üzrə fəlsəfə doktoru, dosent Mehriban Babazadədir.
Kitab ali məktəblərin beynəlxalq münasibətlər ixtisasının tələbələri üçün dərs vəsaiti kimi nəzərdə tutulur. Bu vəsaitdən tədqiqatçılar, siyasətçilər, müəllimlər və tələbələr də istifadə edə bilərlər.
Xəbər lenti
Hamısına baxElm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
İqtisadiyyat
23 İyul 14:20
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39

