“ÜNS” teatrının səhnəsində “Qaya” adlı həyat” kitabının təqdimatı olub
20.03.2015 [11:24]
Bakıda “ÜNS” teatrının səhnəsində “Qaya” adlı həyat” kitabının təqdimatı və “Qaya” Dövlət Ansamblının əfsanəvi solisti və indiki bədii rəhbəri, Azərbaycanın Xalq artisti Rauf Babayevin yaradıcılığına həsr olunmuş gecə keçirilib.
“UNS” teatrında AZƏRTAC-a bildiriblər ki, Rauf Babayevin jurnalist Nazim Məmmədovla birlikdə hazırladığı bu kitab “ÜNS” teatrının rəhbəri, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayevanın köməyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və onun sədri Hicran Hüseynovanın maliyyə dəstəyi sayəsində nəşr olunub.
“Qaya” adlı həyat” kitabında əfsanəvi “Qaya” kvartetinin yaranması, formalaşması prosesi, onun yaradıcılıq fəaliyyəti təsvir edilir. Burada kvartetin, sonra isə dövlət ansamblının yaranma mərhələləri xronoloji ardıcıllıqla verilib. Müəllif SSRİ-nin süqutundan sonra ansamblın dağılması prosesini ürək ağrısı ilə təsvir etsə də, “Bəri bax” uşaq ansamblı üzvlərinin simasında bu musiqi kollektivinin yenidən dirçəlməsindən nikbinlik və məhəbbət hissi ilə söhbət açır. Məlum olduğu kimi, həmin uşaq ansamblı sonradan Azərbaycan Mədəniyyət Nazirliyinin nəzdində “Qaya” Dövlət Ansamblı adına layiq görülüb.
Bu kitab “Qaya” adlandırılmış və ölkəmizdə, keçmiş sovet məkanında bir çox nəsillərin yaddaşına həkk olunmuş bir ansambl haqqında gözəl hekayədir.
“ÜNS” teatrının foyesində “Qaya” kvartetindən bəhs edən fotosərgi təşkil olunub.
Gecə rejissor Cavid İmamverdiyevin “Ey həyat, sən nə qəribəsən” adlı sənədli filmindən bir parça ilə başlanıb. Filmdə Gennadi Xazanov, Polad Bülbüloğlu, Larisa Dolina, Yuli Qusman, Vaxtanq Kikabidze və başqaları “Qaya” kvartetindən danışırlar.
Gecəni professor Nərgiz Paşayeva açıb.
Nərgiz Paşayeva “Qaya” kvartetinin Azərbaycan estrada sənətinə misilsiz töhfəsindən, habelə “Qaya” ilə bağlı təəssüratlarından, Rauf Babayevlə tanışlığından və əməkdaşlığından danışıb, kitabın buraxılışına kömək göstərdiyinə görə Hicran Hüseynovaya minnətdarlığını bildirib.
Nərgiz xanım Rauf Babayevi səhnəyə dəvət edərək ondan yalnız bir şeyi xahiş edib: yardım üçün heç kəsə təşəkkür etmək lazım deyil, çünki bu, Rauf müəllimin və “Qaya” ansamblının mədəniyyətimizə verdiyi töhfəyə göstərilən ehtiramdır.
Lakin Rauf Babayev tanışlığının və əməkdaşlığının ilk günlərindən “Qaya” ansamblının bütün təşəbbüslərinə və layihələrinə əvəzsiz kömək göstərmiş bir insana təşəkkür etməyə bilməzdi. O, həmçinin “ÜNS” teatrının gözəl kollektivinə minnətdarlığını bildirib, onun yüksək peşəkarlığını xüsusi vurğulayıb.
Nazim Məmmədov öz çıxışında bu kitabın yaradılması ilə bağlı Rauf Babayev ilə birgə yaradıcılığından bəhs edib. O bildirib ki, peşəkar musiqişünas olmadığına görə bu kitab üzərində işə başlamağa ehtiyat edirdi, lakin Rauf Babayevlə tanış olduqdan sonra bütün qorxular arxada qaldı. N.Məmmədov ümidvar olduğunu bildirib ki, kitab oxucuların xoşuna gələcək.
Rəsmi hissə başa çatdıqdan sonra qonaqlara “Qaya” ansamblının yeni kollektivinin iştirakı ilə kiçik konsert proqramı təqdim edilib. Konsert zamanı əfsanəvi kvartetin ifasında mahnılar səsləndirilib.
Gecədə Rauf Babayevin gənc şagirdləri - Kamran Məmmədov və Elvin Salmanov da çıxış ediblər. Proqram rejissor Cavid İmamverdiyev tərəfindən hazırlanıb.
“ÜNS” teatrının kiçik, lakin çox rahat zalında toplaşmış tamaşaçılar sanki keçən əsrin unudulmaz 60-cı illərinə qayıtmışdılar. Onlar gənc artistləri və onların müəllimlərini uzun müddət alqışlayıblar.
“Qaya” adlı həyat” kitabının buraxılması və “ÜNS” teatrında keçirilmiş gecə Novruz bayramı ərəfəsində bütün bakılılara gözəl hədiyyə olub.
Xəbər lenti
Hamısına baxMüsahibə
24 Aprel 08:32
Gündəm
24 Aprel 08:17
Dünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58

