Bakı Ali Neft Məktəbinin Həmkarlar İttifaqı təsis olunub
01.04.2015 [09:54]
Bakı Ali Neft Məktəbində (BANM) həmkarlar ittifaqı təşkilatının təsis konfransı keçirilib. Konfransda çıxış edən təhsil ocağının rektoru Elmar Qasımov rəhbərlik etdiyi ali məktəbdə həmkarlar ittifaqı təşkilatının yaranmasının əhəmiyyətindən və zərurətindən söz açıb. O, bütün fəaliyyət sahələri üzrə həmkarlar ittifaqlarının yaradılmasının vacibliyini qeyd edərək, deyib ki, qədim neft diyarı olan Azərbaycanda ilk həmkarlar təşkilatının yaranması da məhz neft sənayesi ilə bağlı olub.
Rektor neft-qaz sənayesində çalışanların əməyinin ağır olduğunu diqqətə çatdıraraq, hələ XIX əsrin sonu XX əsrin əvvəllərindən Azərbaycanda neftçilərin hüquqlarının müdafiəsi üçün ilk həmkarlar ittifaqının təsis edildiyini söyləyib. E.Qasımov həmkarlar ittifaqlarının istehsal və qeyri-istehsal sahələrində çalışan işçilərin, təqaüdçülərin və təhsil alan şəxslərin əmək, sosial hüquqlarını və mənafelərini müdafiə edən, müstəqil ictimai və qeyri-siyasi təşkilat olduğunu qeyd edib. O, BANM-də əməkdaşların və tələbələrin nümayəndələrindən ibarət olan vahid həmkarlar ittifaqı komitəsinin yaradılmasının onların yuxarıda qeyd edilən istiqamətlərdə fəaliyyətinin əməkdaşların və tələbələrin ictimai-sosial və mədəni həyatına yeni məzmun gətirəcəyini bildirib. Rektor, BANM-in professor-müəllim heyətini və tələbələri həmkarlar ittifaqı komitəsinin fəaliyyətinə hərtərəfli dəstək verməyə çağırıb və bu əlamətdar hadisə münasibətilə onları təbrik edib.
Konfransda Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cahangir Əliyev çıxış edərək, rəhbərlik etdiyi təşkilatın fəaliyyət istiqamətləri barədə məlumat verib. Neft-qaz sənayesində çalışan işçilərin hüquqlarının müdafiəsinin SOCAR-ın səmərəli fəaliyyəti üçün vacib olduğunu vurğulayaraq, hələ 1904-cü ildə Bakı fəhlələri və neft sahibkarları arasında imzalanmış “Mazut müqaviləsi” ilə başlanmış hərəkatın 1906-cı ildə ilk həmkarlar ittifaqının yaranması ilə nəticələndiyini xatırladıb. O, həmçinin, belə nüfuzlu ali məktəbdə həmkarlar ittifaqı komitəsinin yaranmasını alqışladığını bildirib və qurumun fəaliyyətinə uğurlar arzulayıb.
Sonda BANM-in yeni yaradılan həmkarlar ittifaqı təşkilatının təsis konfransının nümayəndələri səsvermə yolu ilə həmkarlar ittifaqı komitəsinin üzvlərini seçiblər. Bakı Ali Neft Məktəbinin tələbələrlə iş şöbəsinin rəisi Həbibə Sadıqlı qurumun sədri seçilib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
İqtisadiyyat
23 İyul 14:20
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25

