Bilik Fondu Naftalan şəhərində görüşlər keçirib
08.04.2015 [09:38]
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun əməkdaşları Naftalan şəhərində olublar. Səfər çərçivəsində bir sıra görüşlər keçirilib. Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və Fondun əməkdaşları Naftalan sanatoriyası ilə tanış olublar. Naftalan şəhər İcra Hakimiyyəti başçısının müavini Afət Mustafayeva Naftalan sanatoriyası barədə geniş məlumat verib. Bildirilib ki, son dövrlərdə sanatoriyada yaradılan şərait bu sağlamlıq mərkəzini turistlərin əsas ziyarət məkanına çevirib. Naftalan sanatoriyasının şöhrəti MDB ölkələri ilə yanaşı, Avropa məkanında da yayılıb.
Daha sonra Fondun əməkdaşları İmadəddin Nəsimi adına 1 saylı və Səməd Vurğun adına 2 saylı tam orta məktəbin müəllim-şagird kollektivi ilə görüş keçiriblər. Yuxarı və aşağı sinif şagirdləri ilə aparılan söhbətlərdən razı qalan Fondun əməkdaşları məktəblərdə təhsilin səviyyəsindən də razı qalıblar. Bundan başqa, Naftalan şəhər V.Namazov adına körpələr evi-uşaq bağçası ilə də tanışlıq olub. Burada körpələrə, o cümlədən, azyaşlılara yaradılan şərait yüksək qiymətləndirilib. Bağçanın rus dili və Azərbaycan dili qruplarına daxil olan azyaşlılar şeir deyib, səhnəciklər nümayiş etdiriblər.
Daha sonra Naftalan şəhər İcra Hakimiyyətində görüş keçirilib. Naftalan şəhər İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri Ülfət Əliyev Fondun icraçı direktoru Oktay Səmədova və Fondun əməkdaşlarına Naftalanla bağlı geniş məlumat verib. Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov Azərbaycan Prezidenti İlham Əliyevin Naftalan şəhərinə göstərdiyi diqqət və qayğıdan söz açıb. Bildirib ki, ölkə başçısının Naftalan şəhərinə səfərləri hər zaman rayon əhalisində ruh yüksəkliyi yaradır. Bilik Fondu barəsində geniş bilgiyə malik olduğunu diqqətə çatdıran İH başçısı Bilik Fondunun fəaliyyətini yüksək qiymətləndirib və əməkdaşlığa böyük ehtiyac olduğunu deyib. Şəhərin infrastrukturunun məhz turistlərə xidmət göstərmək üçün nəzərdə tutulduğunu xatırladan N.Aslanov bu istiqamətdə təhsil verən texniki peşə məktəblərinin vacibliyinə diqqət çəkib.
Öz növbəsində, Bilik Fondunun icraçı direktoru Oktay Səmədov müxtəlif formalarda əməkdaşlığa hazır olduqlarını dilə gətirib. Vurğulanıb ki, qurum Naftalanın İcra Hakimiyyəti və digər strukturları ilə layihələrə start verə bilər.
Daha sonra Naftalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində şəhər ictimaiyyəti ilə geniş görüş keçirilib. Bilik Fondunun fəaliyyəti barədə geniş məlumat verən qurumun icraçı direktoru hər kəsi Fondla əməkdaşlığa dəvət edib. Bildirib ki, Fondun təşkil etdiyi mühazirələrdə yerli mütəxəssislərə üstünlük veriləcək. Bu işdə yaxından iştirak edən Naftalan sakinləri Bilik Fondu tərəfindən dəstək alacaqlar. Görüşdə şəhər sakinlərini maraqlandıran suallar cavablandırılıb. Fondun beynəlxalq layihələr üzrə aparıcı məsləhətçisi Sərxanbəy Xudiyev çıxış edib. Tədbirdə çıxış edən Fondun mətbuat katibi Ceyhun Musaoğlu isə Könüllülər Birliyi barəsində ətraflı məlumat verib və Naftalan sakinlərini Fondun könüllüləri olmağa dəvət edib.
Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) Naftalan şəhər təşkilatının sədri Hatəm Qocayev Bilik Fondunun qısa müddətli fəaliyyəti ərzində geniş sferanı əhatə etdiyini vurğulayıb. YAP Naftalan şəhər təşkilatının sədri bildirib ki, şəhər sakinləri Fondun layihələrində iştirak etməyi arzulayırlar.
Xəbər lenti
Hamısına baxDünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
İqtisadiyyat
23 İyul 14:20
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09

