IDEA İctimai Birliyi gənclər üçün elmi-praktik seminar keçirib
17.04.2015 [09:59]
Aprelin 14-15-də IDEA İctimai Birliyinin Resurs Mərkəzində “Azərbaycanda nəsli kəsilmək təhlükəsi altında olan flora növləri və son zamanlar təsvir edilmiş yeni növlər” mövzusunda elmi-praktik seminar keçirilib.
IDEA İctimai Birliyindən AZƏRTAC-a verilən məlumata görə, nəzəri və praktiki hissələrdən ibarət olan seminarda ekologiya, biologiya və digər oxşar ixtisaslar üzrə təhsil alan və ya bu sahələrdə çalışan 30-dan çox gənc iştirak edib.
Seminarın nəzəri hissəsində ekspert qismində AMEA-nın Botanika İnstitutunun nümayəndəsi çıxış edib. Ekspert Azərbaycanda rast gəlinən nadir, nəsli kəsilmək təhlükəsi ilə üzləşən bitkilər və endemlər, toponim, dekorativ, tibbi və iqtisadi əhəmiyyətli bitkilər barədə mühazirə təqdim edib.
Praktiki hissədə isə iştirakçılar Botanika İnstitutunun nəzdində yerləşən Mərkəzi Nəbatat Bağını, Herbari Fondunu, muzey və laboratoriyanı ziyarət ediblər.
Gənclər sözügedən laboratoriyada istifadə olunan avadanlıq və onların iş prinsipi ilə yaxından tanış olub, aparılan təcrübələrdə iştirak edib, mühazirə zamanı əldə etdikləri nəzəri bilikləri praktiki şəkildə sınaqdan keçirmək imkanı əldə ediblər. Bununla yanaşı, gənc mütəxəssislərə flora növlərinin laboratoriya şəraitində yetişdirilməsi və nəsli kəsilməkdə olan bitkilərin artırılması üsulları öyrədilib.
İki gün davam edən seminar gənclərin böyük marağına səbəb olmaqla yanaşı, onlar üçün faydalı nəzəri və praktiki bilik əldə etmək imkanı yaradıb.
IDEA İctimai Birliyi mütəmadi olaraq ətraf mühit sahəsində təhsil alan və ya çalışan gənclərin daha dərin biliklərə yiyələnməsi, onların mütəxəssislərin təcrübəsindən faydalanması məqsədilə seminarlar, “dəyirmi masa”lar və təlim kursları təşkil edir.
Xəbər lenti
Hamısına baxElm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
İqtisadiyyat
23 İyul 14:20
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38

