Gənclər ilk Avropa Oyunlarının Bakıda keçirilməsini ölkəmizin tarixi uğuru sayırlar
29.04.2015 [10:23]
Sirr deyil ki, Azərbaycan bu gün dünyada nüfuzlu idman ölkəsi kimi tanınır. Ölkəmizin idman sahəsindəki uğurları və Olimpiya hərəkatının inkişafına verdiyi töhfələr beynəlxalq və yerli ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Elə bu səbəbdəndir ki, Avropa Olimpiya Komitəsinin Baş Assambleyası ilk Avropa Oyunlarına 2015-ci ildə paytaxt Bakının ev sahibliyi etməsi barədə qərar qəbul edib.
Sevindirici haldır ki, ilk Avropa Oyunlarına ictimai təşkilatlar, idman mütəxəssisləri ilə yanaşı, gənclər də böyük dəstək və maraq göstərirlər. Azərbaycan gəncliyi ölkəmizdə ilk Avropa Oyunlarının keçirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini bəyan edir. Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin koordinatoru Həsən Hüseynzadənin sözlərinə görə, bu, Azərbaycanın beynəlxalq müstəvidə nüfuzunu gücləndirməklə yanaşı, eyni zamanda, tarixə əlamətdar hadisə kimi yazılacaq: “Bu gün Azərbaycan mədəniyyətlərin qovuşduğu, sabitlik adası, tolerant məkan kimi səciyyələndirilir. Şübhəsiz ki, bütün bu və digər amillər Azərbaycanın beynəlxalq müstəvidə nüfuzunu daha da gücləndirir. Doğrudur, müəyyən beynəlxalq dairələr Azərbaycan dövlətinin müstəqil, milli maraqlara xidmət edən siyasətini həzm edə bilmirlər. Ona görə də qərəzli, qeyri-obyektiv rəy formalaşdırmağa çalışırlar ki, ölkəmizin imicinə mənfi təsir etsin. Hazırda da bu cəhdlər bəzi xarici donorlar tərəfindən maliyyələşdirilərək davam etdirilir. Ancaq bu qarayaxma kampaniyası ilə məşğul olanlar bilməlidirlər ki, onların bu istək və arzuları heç vaxt baş tutmayacaq. Bu gün beynəlxalq ictimaiyyət ilk Avropa Oyunlarına böyük maraq göstərməklə yanaşı, həmçinin, ölkəmizin bu möhtəşəm tədbirə hazırlığını diqqətlə izləyir. İlk Avropa Oyunlarına hazırlıq işləri Prezident İlham Əliyevin tapşırığı əsasında yüksək səviyyədə davam etdirilir. Həmçinin Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Təşkilat Komitəsi çevik fəaliyyət göstərir. Bütün bunlar, onu deməyə əsas verir ki, ilk Avropa Oyunları ölkəmizdə yüksək səviyyədə keçiriləcək və Azərbaycan bu tədbirə də böyük uğurla ev sahibliyi edəcək”.
Fəal gənc Nigar Qasım da ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsinin əlamətdar bir hadisə olduğunu bildirib. Onun sözlərinə görə, yarışların ilk dəfə Azərbaycanda keçirilməsi ölkəmizin siyasi, iqtisadi cəhətdən güclü bir dövlət olduğundan xəbər verir. “Bu yarışlar ölkəmiz üçün tarixi əhəmiyyət kəsb edir. Mən çox qürurlanıram. İlk dəfə “Eurovision” müsabiqəsi ölkəmizdə baş tutduğu zaman belə qürur hissi keçirmişdim. Odlar Yurdu yenə möhtəşəm bir müsabiqəyə ev sahibliyi edir. Bu dəfə daha çox qonağımız olacaq. Biz gənclər “Bakı-2015” ilk Avropa Oyunlarını səbrsizliklə gözləyirik. Bu, ölkəmiz üçün əlamətdar hadisədir. Bilirsiniz ki, Azərbaycan bir çox sahələrdə olduğu kimi idman sahəsində də mühüm uğurlara imza atıb. Bir azərbaycanlı gənci olaraq mən ölkəmlə qürur duyuram”.
YAP Gənclər Birliyinin koordinatoru Ümid Abuzərlinin sözlərinə görə, ictimaiyyətlə yanaşı gənclər də böyük sevinc və həyəcan hissi ilə bu əlamətdar günü gözləyir: “Bütün Avropa qitəsi və dünyanın diqqəti bu il 12-28 iyun tarixində Bakıda keçiriləcək ilk Avropa Oyunlarına yönələcək. Biz gənclər bu cür mötəbər dünya miqyaslı yarışların ölkəmizdə keçirilməsini yüksək dəyərləndiririk. Hər kəs kimi biz gənclər də çalışacağıq ki, Azərbaycanda Avropanın idman tarixində yeni səhifənin başlanğıcı olacaq bu böyük tədbirin uğurla keçirilməsinə var qüvvəmizlə dəstək olaq. Mən inanıram ki, biz ölkəmizin qüdrətini, iqtisadi inkişafını, xalqımızın qonaqpərvərliyini, nümayiş etdirməklə yanaşı Azərbaycanın idman siyasətini bütün dünyaya tanıtmağa nail olacağıq”.
Vüsalə CAVANŞİR
Xəbər lenti
Hamısına baxGündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Xəbər lenti
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
Xəbər lenti
23 İyul 14:29
İqtisadiyyat
23 İyul 14:20
Xəbər lenti
23 İyul 13:32
Xəbər lenti
23 İyul 13:31
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50

