Zəka, iradə və qələbənin simvolu!
24.07.2026 [08:36]
Vüqar Həşimov Azərbaycan şahmatının unudulmayan simasıdır...
Bu gün Azərbaycan şahmat tarixinin parlaq simalarından, beynəlxalq arenada ölkəmizin adını böyük uğurla təmsil etmiş görkəmli qrossmeyster Vüqar Həşimovun doğum günüdür. Vüqar Həşimov təkcə qazandığı qələbələrlə deyil, həm də yüksək intellekti, mübariz ruhu və təvazökarlığı ilə milyonlarla insanın rəğbətini qazanmış biri kimi yaddaşlarda yaşayır. 6 yaşından atasının köməyi ilə şahmatla məşğul olmağa başlayıb. Kiçik yaşlarında 3 dəfə ölkə, 4 dəfə Avropa qalibi olub. Lakin ağır xəstəlik Azərbaycan şahmatını Vüqarsız qoydu. Onun vəfatı təkcə Azərbaycan deyil, bütün dünya şahmatı üçün böyük itkidir.
Vüqar Həşimov karyerasının pik nöqtəsində FİDE-nin reytinq cədvəlində 6-cı pilləyə qədər yüksəlməyi bacarmışdı. Üçqat Azərbaycan çempionu olmuş və 2009-cu ildə Azərbaycan yığmasının Avropa çempionu olmasında “qələbə qolunu” vuran Vüqar Həşimov, təəssüf ki, beyin xərçənginə qalib gələ bilmədi. O, 1995, 1996 və 1998-ci illərdə Azərbaycan çempionu olub. 1996-2001-ci illərdə Avropa və dünya çempionatlarında 7 dəfə mükafata layiq görülüb. 1999-cu ildə beynəlxalq şahmat ustası, 2002-ci ildə isə qrossmeyster tituluna yiyələnib.
Vüqar Həşimov dörd dəfə - 2002, 2004, 2006 və 2008-ci illərdə şahmat olimpiadalarında Azərbaycan yığma komandasının heyətində çıxış edib. 2009-cu il mayın 7-9-da Heydər Əliyev kuboku uğrunda yarışlar çərçivəsində Bakıda dünya yığmasına qarşı çıxış edən Azərbaycan yığmasının heyətinə daxil olub. 2007-ci ildə şahmat üzrə Avropa komanda çempionatında bürünc medal qazanıb.
2011-ci ildə Avropa çempionatında yığma komandanın heyətində vitse-çempion, 2010-2011-ci illərdə Recio Emiliyada (İtaliya) keçirilən turnirdə qalib olub. FIDE reytinqində ən yüksək nailiyyəti 6-cı yer olan Vüqar Həşimov 26 yaşlı Teymur Rəcəbov və 28 yaşlı Şəhriyar Məmmədyarovla birgə çox güclü bir komanda təşkil edirdilər və onların iştirak etdiyi Azərbaycan milli komandası daima beynəlxalq yarışlarda qızıl medallara iddialı olub.
Ağır xəstəliklə mübarizə aparmasına baxmayaraq, iradəsini heç vaxt itirməyən, həyat eşqini və şahmata olan sonsuz sevgisini qoruyub saxlayan Vüqar Həşimov 2014-cü ildə cəmi 27 yaşında dünyasını dəyişib. Onun adı Azərbaycan idman tarixində silinməz iz buraxıb, yarımçıq qalan arzuları isə bu gün ölkəmizin gənc şahmatçılarının yeni qələbələrində yaşamağa davam edir.
24 iyul 2014-cü ildə Vüqar Həşimovun qəbirüstü abidəsinin açılış mərasimi olub. Bürüncdən olan abidənin müəllifi məşhur heykəltəraş Azad Əliyevdir.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Xəbər lenti
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08

