Yazıçı Anar: Bu kitab mütləq erməni dilinə də tərcümə edilməlidir
06.05.2015 [09:59]
Mayın 4-də Azərbaycan Yazıçılar Birliyində (AYB) Modern.az saytının baş redaktoru, Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlının “Böyüməyən uşaqlar” kitabının təqdimatı baş tutub. AYB-nin üzvləri, millət vəkilləri, KİV rəhbərləri və kitabın qəhrəmanları - Xocalı faciəsi zamanı hər iki valideynini itirmiş gənclərin iştirak etdikləri təqdimatda AYB-nin katibi Rəşad Məcid bildirib ki, “Böyüməyən uşaqlar” kitabı Xocalı faciəsini şahidlərin dili ilə hər kəsə çatdırır: “Bu şahidlərin xatirələrini, unudulmamış faktları yazmaq, kağıza köçürmək, dünyaya yaymaq lazımdır. Bu baxımdan, Elşad Eyvazlının işi təqdirəlayiqdir”.
Kitabla bağlı fikirlərini bildirən tanınmış tənqidçi Bəsti Əlibəyli deyib ki, bu soyqırımına görə Ermənistan mühakimə olunanadək təbliğat işimizi davam etdirməliyik.
AYB-nin sədri, Xalq yazıçısı Anar kitabın onda xüsusi təəssürat yaratdığını vurğulayıb: “Kitab çox dəhşətli faktları üzə çıxarır. Bu layihənin davam etdirilməsi, kitabın ingilis dili versiyasını daha geniş yaymaq lazımdır. Mən deyərdim ki, hətta bu kitabı erməni dilinə də tərcümə etmək lazımdır. Bəlkə, onlarda da vicdanlı adam tapılar və oxuyar, nələr törədildiyini bilərlər”.
Təqdimat mərasimində, həmçinin, millət vəkilləri Fazil Mustafa, Adil Əliyev, Jalə Əliyeva, Tahir Rzayev, TRT-nin İtaliyadakı təmsilçisi Dündar Kesaplı, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı və “İrəli” Gənclər Birliyinin sədri MirHəsən Seyidov çıxış edərək, kitabın ərsəyə gəlməsini təqdirəlayiq hal kimi dəyərləndiriblər.
Sonda çıxış edən kitabın müəllifi Elşad Eyvazlı isə “Böyüməyən uşaqlar”ın missiyasından söz açıb: “Məqsədimiz soyqırımını dünyaya çatdırmaqdır. Düzdür, dünya, bəşəriyyət çox dəhşətli qətllərin şahidi olub. Ona görə də onlara Xocalını daha fərqli, özlərinin anladığı dildə çatdırmalıyıq”.
Tədbirdə qeyd olunub ki, “Böyüməyən uşaqlar” kitabının müxtəlif dillərə tərcümə olunub nəşr edilməsi “Xocalıya ədalət!” kampaniyası tərəfindən tam dəstəklənib. Həmçinin, QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə bu kitab iki dilə tərcümə olunub, təqdimatları keçirilib. Kitabın ərsəyə gəlməsində və müxtəlif ölkələrə paylanmasında millət vəkilləri Fuad Muradov, Cavanşir Feyziyev və Rövşən Rzayevin xüsusi əməyi olduğu vurğulanıb. Kitabın alman dilindəki versiyası may ayının sonunda Nyu-Yorkdakı beynəlxalq kitab sərgisində nümayiş etdiriləcək. Yaxın vaxtlarda isə “Böyüməyən uşaqlar” daha dörd dildə işıq üzü görəcək.
Xəbər lenti
Hamısına baxDünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
İqtisadiyyat
23 İyul 14:20
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30

