“Azərbaycan Olimpin zirvəsində”
07.05.2015 [10:00]
Nizami rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə ümumrayon tədbiri keçirilib
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Nizami rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı birgə “Azərbaycan Olimpin zirvəsində” adlı ümumrayon tədbiri keçirib.
Əvvəlcə tədbir iştirakçıları I Avropa Oyunlarına həsr olunmuş rəsm və foto sərgisi ilə tanış olublar.
Sonra YAP Nizami rayon təşkilatının Aparat rəhbəri Ramil Vəlibəyov tədbirlə əlaqədar qısa arayış verib.
Bildirib ki, Nizami rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü və 1941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubileyi münasibətilə aprel ayının 9-dan etibarən idman və digər istiqamətli yarışlara start verilib. Vurğulanıb ki, yarışların böyük əksəriyyəti I Avropa Oyunlarının proqramına daxil olan idman növləri üzrə olduğundan keçirilmiş tədbirlərin hər birində Oyunlara dəstək ifadə olunub.
Qeyd edilib ki, rayonda paint-ball, güllə atıcılığı, voleybol, həndbol, cüdo, karate, üzgüçülük, basketbol, stolüstü tennis, ağır atletika, taekvando, gimnastika, ümumilikdə 13 idman növü üzrə yarışlar keçirilib. Bu yarışlarda 1200 nəfərə yaxın idmançı iştirak edib. Həmçinin, rayon məktəbliləri arasında breyn-rinq, şahmat yarışları, rəsm, inşa və bədii qiraət müsabiqələri keçirilib. Burada isə 300 nəfərə yaxın şagird iştirak edib.
Sonra çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə təşkil olunmuş tədbirin əsas mahiyyəti elə onun adında əks olunub: “Azərbaycan Olimpin zirvəsində” dedikdə 2 başlıca fəlsəfə ortaya çıxır: Birincisi, Azərbaycan bu gün, həqiqətən də, Prezident İlham Əliyevin rəhbərliyi ilə Ulu öndərimiz Heydər Əliyevin ideyalarının reallaşdırılması nəticəsində yüksək inkişaf dövrünü yaşayır. Bu mənada, bu günün Azərbaycanı hər zaman kamilliyin və inkişafın ən uca zirvəsi hesab edilən Olimpin zirvəsindədir. Məhz bütün dünya ölkələri də, tanınmış ekspertlər də etiraf edirlər ki, Azərbaycan dünyada sosial-iqtisadi və siyasi-demokratik inkişafı ilə nümunə olacaq bir dövlətə çevrilib”.
Daha sonra tədbirdə Milli Məclisin deputatı Rasim Musabəyov, YAP Siyasi Şurasının üzvü, Nizami rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov çıxış ediblər.
Çıxışlardan sonra keçirilmiş idman yarışları üzrə qaliblərin mükafatlandırılması mərasimi başlayıb.
Sonda rayon Uşaq və Gənclər Yaradıcılıq Mərkəzinin kollektivinin konsert proqramı nümayiş etdirilib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
İqtisadiyyat
23 İyul 14:20
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25

