/ / Heydər Əliyev Mərkəzinin dəstəyi ilə yaradılan Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbinin açılışı olub
Heydər Əliyev Mərkəzinin dəstəyi ilə yaradılan Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbinin açılışı olub
13.05.2015 [10:31]
Mayın 12-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Heydər Əliyev Mərkəzinin dəstəyi ilə yaradılan Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, müxtəlif qurumların nümayəndələrinin, professor və müəllimlərin, tələbələrin iştirak etdikləri açılış mərasimində Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbi haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, məktəb Ümummilli lider, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin siyasi irsinin, azərbaycançılıq məfkurəsi və dövlətçilik fəlsəfəsinin təbliği məqsədilə yaradılıb.
Mərasimdə Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı müstəsna xidmətlərindən, Ulu öndərin zəngin siyasi irsinin, dövlət idarəçilik təcrübəsinin əhəmiyyətindən danışıb, dahi rəhbərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirib.
Direktor Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın Dövlət İdarəçilik Akademiyasına xüsusi diqqət və qayğı göstərdiyini xatırladıb.
Heydər Əliyev Mərkəzinin fəaliyyəti barədə məlumat verən Anar Ələkbərov DİA-da yeni yaradılan Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbinin əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, bu məktəb ali təhsil müəssisəsinin müəllim və tələbə heyətinə araşdırmalar aparmaq, regionlarla bu istiqamətdə tədbirlər təşkil etmək imkanı yaradacaq.
DİA-nın rektoru akademik Urxan Ələkbərov Ümummilli lider, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən bəhs edib, Ulu öndərin siyasi xəttinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əzmlə davam etdirildiyini diqqətə çatdırıb. Rektor dahi şəxsiyyət Heydər Əliyevin zəngin siyasi irsinin öyrənilməsində, müasir müstəqil Azərbaycanın dünyaya tanıdılmasında Heydər Əliyev Fondunun və Fondun prezidenti Mehriban Əliyevanın rolundan bəhs edib.
Akademik U.Ələkbərov DİA-ya göstərilən diqqətə görə Heydər Əliyev Fondunun prezidentinə minnətdarlığını bildirib.
Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbində müxtəlif təqdimatlar, seminarlar, dövlət və ictimai xadimlərlə görüşlər keçiriləcək, dahi rəhbərin irsinin öyrənilməsi istiqamətində müxtəlif araşdırmalar aparılacaq. Məktəbdə dizaynı, forma və məzmunu ilə fərqlənən ekspozisiya da təşkil olunub. Altı bölmədən ibarət ekspozisiyada Ulu öndər Heydər Əliyevin zəngin həyat yolunu, siyasi və dövlətçilik fəaliyyətini əks etdirən fotomateriallar təqdim edilir. İlk bölmədə Ümummilli liderin Azərbaycana birinci rəhbərliyi dövründə, ikinci bölmədə Heydər Əliyevin Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olduğu, üçüncü bölmədə Ulu öndərin Moskvadan Azərbaycana qayıdışı, Azərbaycan və Naxçıvan parlamentlərinin deputatı, sonra isə muxtar respublikanın Ali Məclisinin sədri olduğu, dördüncü və beşinci bölmələrdə Azərbaycan Respublikasının Prezidenti olduğu vaxtlara dair fotoşəkillər təqdim edilir. Altıncı bölmədə Heydər Əliyev siyasətinin davamçısı Prezident İlham Əliyevin uğurlu fəaliyyətini əks etdirən fotomateriallar əksini tapıb.
Kompyuter və digər müasir texnoloji vasitələrlə, müxtəlif nəşrlərlə təmin olunan məktəbdə canlı videobağlantılar da yaratmaq mümkündür. Burada ilk olaraq Dövlət İdarəçilik Akademiyası ilə Heydər Əliyev Mərkəzi arasında videoəlaqə yaradılıb.
Xəbər lenti
Hamısına baxDünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
İqtisadiyyat
23 İyul 14:20
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52

