KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı qərar qəbul edilib
01.07.2015 [10:14]
İyunun 30-da Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.
Fonddan AZƏRTAC-a bildiriblər ki, Müşahidə Şurasının sədri Umud Mirzəyev gündəlikdəki məsələlər barədə məlumat verib.
Əvvəlcə 2015-ci ilin ikinci yarısında KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan edilmiş müsabiqəyə təqdim olunmuş layihə təklifləri müzakirə edilib. Fondun icraçı direktoru Vüqar Səfərli elan edilmiş şərtlər çərçivəsində müsabiqəyə 35 qəzetin sənəd təqdim etdiyini diqqətə çatdırıb. Bildirib ki, ilin birinci yarısında Fonddan maliyyə yardımı almış 33 qəzetdən əlavə daha 2 mətbuat orqanı - “Hürriyyət” və “Zaman çempion” qəzetləri də layihə təklifləri təqdim edib. Müvafiq araşdırmalardan sonra “Hürriyyət” qəzeti də daxil olmaqla 34 qəzetin layihə təkliflərinin müsabiqənin şərtlərinə uyğun olduğu müəyyən edilib.
Sonra müsabiqənin şərtlərinə müvafiq olaraq təqdim edilmiş sənədlər Müşahidə Şurasının üzvləri tərəfindən nəzərdən keçirilib. Müzakirələr zamanı Müşahidə Şurasının üzvlərindən Vüqar Rəhimzadə, Əflatun Amaşov, Bəxtiyar Sadıqov, Müşfiq Ələsgərli, Rəşad Məcid və İntiqam Hümbətov Fondun maliyyə yardımı müsabiqələrinin mətbuatın maddi-texniki bazasının və jurnalistlərin sosial vəziyyətlərinin yaxşılaşdırılması baxımından əhəmiyyətini qeyd ediblər.
Müzakirələrin sonunda 34 qəzetin sənədlərinin müsabiqənin şərtlərinə cavab verdiyi nəzərə alınaraq onlara 2015-ci ilin ikinci yarısında maliyyə yardımının ayrılması barədə qərar qəbul edilib.
Cari məsələlərin müzakirəsi zamanı icraçı direktor Vüqar Səfərli Azərbaycan milli mətbuatının yaranmasının 140 illik yubileyi ilə əlaqədar keçiriləcək tədbirlər barədə ətraflı məlumat verib.
Xəbər lenti
Hamısına baxDünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
İqtisadiyyat
23 İyul 14:20
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52

