Bakıda “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının iclası keçirilir
06.11.2015 [10:11]
Noyabrın 5-dən 7-dək Bakıda “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının idarə heyətinin növbəti iclası keçirilir.
AZƏRTAC xəbər verir ki, iclas çərçivəsində idarə heyətinin üzvləri gənclər və idman naziri Azad Rəhimovla görüşüblər.
Görüşdə “Böyük İpək Yolu”nun xalqların iqtisadi, mədəni, siyasi inkişafında, diplomatik əlaqələrin qurulmasında əvəzedilməz rol oynadığı vurğulanıb. Bildirilib ki, “Böyük İpək Yolu” müasir dövr üçün regional və beynəlxalq iqtisadi, siyasi münasibətlərin genişlənməsinə, ticarət və əməkdaşlıq əlaqələrinin qurulmasına, mədəniyyətlər və sivilizasiyalararası dialoqun yaranmasına və inkişafına töhfə vermiş təşkilatdır.
Nazir Azad Rəhimov 1998-ci il sentyabrın 8-də Bakıda Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə tarixi “Böyük İpək Yolu”nun bərpası üzrə Avropa və Asiya dövlət başçılarının birinci zirvə görüşünə həsr olunmuş beynəlxalq konfransın keçirildiyini qonaqların diqqətinə çatdırıb. A.Rəhimov vurğulayıb ki, məhz Ulu öndər Heydər Əliyevin böyük səyləri nəticəsində Avropa və Asiyanı bir-birinə daha çox bağlayacaq “Böyük İpək Yolu” proqramını həyata keçirən təşkilatın katibliyinin Bakıda yerləşməsi barədə qərar verilmişdi.
Nazir onu da bildirib ki, tarixi “Böyük İpək Yolu”nun bərpası üzrə aparılan işlər Azərbaycan Respublikasının dünya birliyi ölkələri ilə inteqrasiyasının daha da güclənməsinə xidmət edir. Bundan başqa, müasir dövrün çağırışlarına uyğun olaraq mədəniyyətlər və sivilizasiyalararası dialoqun qurulmasında Azərbaycanın əhəmiyyətli rolunu artırır. Azərbaycanın təşəbbüsü ilə 2012-ci ilin iyun ayında Bakıda birinci “Böyük İpək Yolu” Beynəlxalq Gənclər Konqresi keçirilib. Nəticədə eyniadlı yeni beynəlxalq gənclər platforması təsis edilib və dövlət qeydiyyatına alınıb.
İttifaqın əsas məqsədinin “Böyük İpək Yolu” üzərində yerləşən ölkələr arasında mədəniyyətlərarası dialoqun yaradılmasına və inkişafına töhfə vermək üçün gənclər arasında tolerantlığı, qarşılıqlı anlaşmanı inkişaf etdirmək olduğunu bildirən qonaqlar hazırda ittifaqa 32 ölkədən üzv təşkilatların daxil olduğunu diqqətə çatdırıblar.
Görüşdə ittifaqın gördüyü işlər haqqında da məlumat verilib. Bildirilib ki, 2012-2015-ci illərdə ittifaq tərəfindən 25-dən artıq beynəlxalq və yerli səviyyəli tədbirlər keçirilib, bir sıra nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlıq əlaqələri qurulub.
Xəbər lenti
Hamısına baxXəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19

