“ASAN xidmət” Britaniya mətbuatında
14.11.2015 [10:01]
Böyük Britaniyanın ictimai xidmət sahəsində ən nüfuzlu jurnalı olan “Civil Service World” jurnalının oktyabr buraxılışında “ASAN - ictimai xidmətin təminatında qabaqcıllıq” adlı məqalə dərc edilib.
Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) AZƏRTAC-a bildiriblər ki, məqalə bu ilin sentyabr ayında Londonda keçirilən “Civil Service Live 2015” sərgisində Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnnovasiyalar Mərkəzinin direktoru Kamran Ağasinin “ASAN xidmət” ilə bağlı təqdimatını əhatə edir. Təqdimat Avropa Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə keçirilib.
Jurnal Kamran Ağasinin çıxışından sitat gətirərək bildirir ki, vətəndaşlara dövlət orqanları tərəfindən göstərilən ictimai xidmətin səmərəliliyini artırmaq məqsədilə “one stop shop” kimi fəaliyyətə başlayan “ASAN xidmət”də hazırda 10 nazirlik və 18 biznes strukturu tərəfindən 280-dən çox xidmət təklif olunur.
Qeyd edilir ki, “ASAN xidmət” müştəri məmnuniyyətinin birinci dərəcəli hədəf olduğu unikal ictimai xidmət təqdim edən bir model hazırlayıb. Hər mərkəzdə gündə 2500-3000 insana xidmət göstərilir. K.Ağasi şəbəkənin fəlsəfəsinin əsas etibarilə beş sütuna dayandığını bildirib: əlçatanlıq, hesabatlılıq, şəffaflıq, effektivlik və innovasiya.
“ASAN” ictimai xidmətlərin səmərəliliyini innovasiyalar yolu ilə inkişaf etdirməyə çalışır. K.Ağasi konfrans iştirakçılarını bu haqda məlumatlandıraraq bildirib ki, hər açılan yeni mərkəz özündə müştəri və “ASAN” işçilərinin ideyalarını birləşdirir: “ASAN” davamlı olaraq inkişaf etmək üçün ən son texnologiyadan və innovativ həll yollarından istifadə etməyə çalışır. Bu layihə reallaşdığı zaman “ASAN”ın multifunksional terminallarında bütün inzibati ödəniş və cərimələri eyni sistem vasitəsilə ödəmək mümkün olacaq”.
“ASAN xidmət” bu il “Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi” kateqoriyasında Birləşmiş Millətlər Təşkilatının ən yüksək mükafatına layiq görülüb. Kamran Ağasi bununla bağlı deyib ki, bu mükafat onları irəliyə getməyə daha da ruhlandırır: “BMT-nin strukturları və Dünya Bankı kimi bir çox beynəlxalq təşkilatlar “ASAN”ın ictimai xidmət sahəsindəki uğurlu modeli ilə maraqlanırlar. Biz öz təcrübəmizi digər ölkələrlə bölüşməyə, beləliklə də beynəlxalq ictimaiyyətə öz töhfəmizi verməyə hazırıq”.
Xəbər lenti
Hamısına baxXəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19

