/ / Azərbaycan və Gürcüstanın daxili işlər nazirləri transmilli cinayətkarlıqla birgə mübarizəni dəstəkləyirlər
Azərbaycan və Gürcüstanın daxili işlər nazirləri transmilli cinayətkarlıqla birgə mübarizəni dəstəkləyirlər
27.11.2015 [09:57]
Azərbaycanın daxili işlər naziri general-polkovnik Ramil Usubovun dəvəti ilə Gürcüstanın daxili işlər naziri Giorgi Mqebrişvili ölkəmizə rəsmi səfərə gəlib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, noyabrın 26-da Giorgi Mqebrişvili və onu müşayiət edən şəxslər Fəxri xiyabanı ziyarət edərək xalqımızın Ümummilli lideri, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin abidəsi önünə əklil qoyub, Ulu öndərin əziz xatirəsini ehtiramla yad ediblər.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər çiçəklər düzülüb.
Nümayəndə heyətinin üzvləri Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman insanların məzarlarını da ziyarət edib, onların xatirəsinə ucaldılmış “Əbədi məşəl” kompleksinin önünə əklil qoyublar.
Sonra daxili işlər naziri, general-polkovnik Ramil Usubov Gürcüstanın daxili işlər naziri Giorgi Mqebrişvilinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazir xalqlarımız arasındakı dostluğun qədim tarixə malik olduğunu, ikitərəfli münasibətlərin qurulmasında və inkişafında Ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərini xatırladıb. Azərbaycan Prezidenti İlham Əliyevin və Gürcüstan rəhbərliyinin ikitərəfli əlaqələrin daha da genişləndirilməsinə xüsusi önəm verdiklərini qeyd edib. Ramil Usubov bu münasibətlərin ölkə başçılarının siyasi iradəsinə uyğun uğurla inkişaf etdiyini, dövlət və hökumət rəhbərlərinin qarşılıqlı səfərləri nəticəsində daha da dərinləşdiyini bildirib. Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın, xüsusilə də transmilli cinayətkarlıqla mübarizə sahəsində birgə əlaqələrin, təcrübə və informasiya mübadiləsinin və yaradılmış normativ-hüquqi bazanın ilk növbədə dost və qardaş xalqlarımızın mənafelərinə, bölgədə təhlükəsizliyin təmini işinə xidmət etdiyi diqqətə çatdırılıb.
Daha sonra nazir Ramil Usubov ölkədəki kriminogen durum barədə qısa məlumat verib.
Eyni zamanda, bildirilib ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən daxili və xarici siyasət nəticəsində ölkəmizin beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artıb. Bunun əyani təzahürü olaraq ölkəmizin “Eurovision” və birinci Avropa Oyunları kimi möhtəşəm beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etdiyi vurğulanıb. Qeyd edilib ki, Azərbaycan həmin tədbirlərin yüksək təhlükəsizlik və əmin-amanlıq şəraitində keçirilməsinə nail olmaqla bu sahədə böyük təcrübə qazanıb.
Daxili işlər naziri mövcud problemlərdən də danışıb, transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan beynəlxalq terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri və qeyri-qanuni miqrasiya ilə mübarizənin diqqət mərkəzində dayandığını, onların qarşısının yalnız birgə səylərlə alınmasının mümkünlüyünü vurğulayıb.
Giorgi Mqebrişvili səmimi görüşə, ətraflı məlumata və göstərilən qonaqpərvərliyə görə təşəkkür edib, transmilli mütəşəkkil cinayətkarlığa qarşı birgə səylərlə mübarizə aparılmasına dair R.Usubovun mövqeyini bölüşüb. O, mehriban qonşu və yaxın dost olan Azərbaycanın daxili işlər orqanları ilə ölkəsinin müvafiq qurumları arasında əlaqələrin bundan sonra daha da inkişaf etdirilməsində maraqlı olduqlarını bildirib.
Görüşdə Gürcüstanın ölkəmizdəki səfiri Teymuraz Şaraşenidze iştirak edib.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06

