Bərdədə keçirilən regional müşavirədə fermerlərlə fikir mübadiləsi aparılıb
05.03.2016 [11:33]
Bərdədə Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə “Yaz tarla işlərinə hazırlıq və kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının yüksəldilməsi üçün qarşıda duran vəzifələr” mövzusunda regional müşavirə keçirilib.
AZƏRTAC xəbər verir ki, müşavirədə nazirliyin Bitkiçilik şöbəsinin, nazirlik yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin, Dövlət Fitosanitar Nəzarəti Xidmətinin, “Aqrolizinq” ASC-nin, Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin, Aqrar Universitetin, Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Zərdab, Beyləqan, Füzuli, Goranboy, Yevlax, Ucar, Kürdəmir rayonlarında fəaliyyət göstərən yerli qurumların və yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, eləcə də 300-ə yaxın fermer və sahibkar iştirak edib.
Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov “Yaz tarla işlərinin vaxtında və keyfiyyətlə aparılmasının kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının yüksəldilməsində rolu” mövzusunda təqdimatla çıxış edərək, kənd təsərrüfatı bitkiləri üçün tövsiyə olunan müasir becərmə texnologiyalarının tətbiqinin vacibliyindən danışıb, payızlıq taxıl sahələrinə yemləmə gübrələrinin verilməsi, alaq otlarına qarşı mübarizə və digər torpaq becərmə işlərinin optimal müddətdə aparılmasının gələcək yüksək məhsulun təməlinin qoyulmasında mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi Möhtəsim Əhmədov “Taxıl toxumçuluğu sahələrində aqrotexniki qulluq işlərinin təşkili” mövzusunda çıxış edərək, toxumluq sahələrə gübrələrin verilməsi və alaq otlarına qarşı səmərəli mübarizə aparılmasından söhbət açıb.
Tədbirdə əkinlərin elmi əsaslarla aparılmasının üstünlüyü, yeni taxıl sortlarının məhsuldarlığı, taxıl toxumçuluğu, “Aqrolizinq” ASC tərəfindən texniki təminatın yaxşılaşdırılması məqsədi ilə həyata keçirilən tədbirlər, həmçinin zərərli orqanizmlərlə mübarizə işinin düzgün təşkili və sair ilə bağlı çıxışlar edilib, mövcud problemlər və onların həlli yolları barədə geniş fikir mübadiləsi aparılıb.
Sonra mütəxəssis və fermerlər taxıl sahələrinə gələrək bitkilərə yemləmə gübrələrinin verilməsi, alaq otlarına qarşı kimyəvi mübarizə və səpinqabağı becərmədə istifadə olunan müxtəlif təyinatlı müasir kənd təsərrüfatı texnikaları ilə tanış olublar.
Fermerlərlə fikir mübadiləsi aparılıb, onları maraqlandıran məsələlər izah olunub, əkin sahələrinin lazımi səviyyədə becərilməsi üçün tövsiyələr verilib.
Xəbər lenti
Hamısına baxAnalitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38

