Multikultural dəyərlərin təşviqində media önəmli rol oynayır
10.08.2016 [10:14]
Multikulturalizm və tolerantlıq Azərbaycan cəmiyyətinin həyat tərzidir və bu, dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər avqustun 9-da Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Xaçmaz rayon İcra Hakimiyyəti ilə birgə təşkil etdiyi “Azərbaycanda multikultural dəyərlər: mədəni müxtəliflik və sivil birgəyaşayış məkanı” mövzusunda regional konfransda vurğulanıb.
Konfrans iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin Xaçmaz şəhərinin mərkəzində ucaldılmış abidəsinin qarşısına gül dəstləri düzüb, xatirəsinə ehtiramlarını bildiriblər.
Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyində keçirilən konfransda rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev çıxış edərək, ölkəmizdə tarix boyu mövcud olmuş tolerantlıq mühitindən danışıb. Bildirilib ki, Azərbaycanın bütün regionlarında, o cümlədən şimal bölgəsində fərqli etnik qruplara, dini baxışlara malik insanlar sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Təkcə Xaçmaz rayonunda 20-dən çox azsaylı xalq və etnik qrupların nümayəndəsi mövcuddur. Bununla belə heç vaxt etnik və dini zəmində qarşıdurma olmayıb. Multikulturalizm Azərbaycanı dünyada tanıdan əsas dəyərlərdəndir.
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli çıxışında regional konfransın əhəmiyyətindən danışaraq bildirib ki, Azərbaycanda hökm sürən etnik və dini tolerantlıq dünyaya nümunədir. Ölkəmizdə istər dini, istərsə də milli və irqi ayrı-seçkilik yoxdur. Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri, o cümlədən müxtəlif dinlərin təmsilçiləri arasında bir-birinə tolerant yanaşma mövcuddur.
Diqqətə çatdırılıb ki, ölkə rəhbərliyi mütəmadi olaraq dini icmaların liderləri ilə görüşür, onların ehtiyac və problemlərinə maraq göstərir. Prezident İlham Əliyev müntəzəm olaraq ölkənin xristian və yəhudi icmalarını əsas dini bayramlar münasibətilə təbrik edir. Respublikada formalaşmış tolerantlıq və dözümlülük Azərbaycan cəmiyyətini səciyyələndirən gözəl bir ənənəyə çevrilib.
Vüqar Səfərli müxtəlif dini konfessiya nümayəndələri arasında əməkdaşlığın genişlənməsində və multikultural dəyərlərin təşviqində medianın önəmli rol oynadığını xüsusi vurğulayıb. Qeyd edib ki, son altı ayda ölkə mediasında multikulturalizm və tolerantlıq mövzusuna aid 350 səhifədən çox yazı çap olunub.
Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin aparıcı məsləhətçisi Ceyhun Məmmədov və “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli konfransda məruzələrlə çıxış ediblər. “Multikulturalizm və tolerantlıq Azərbaycan cəmiyyətinin həyat tərzidir”, “Multikulturalizm Azərbaycan dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi”, “Multikultural dəyərlərin təşviqində medianın rolu” mövzusundakı məruzələr konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Konfransın gedişində şimal regionunda fəaliyyət göstərən bir sıra dini icmaların rəhbərləri, Qafqaz Müsəlmanları İdarəsinin bölgədəki yerli nümayəndələri ilə qarşılıqlı fikir mübadiləsi aparılıb, ekspertlər iştirakçıları maraqlandıran sualları cavablandırıblar.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

