Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Seçki məntəqəsində yubiley sevinci

Seçki məntəqəsində yubiley sevinci

27.09.2016 [09:57]

Bağır Bağırov: 26 sentyabrda 60 illik yubileyimi qeyd etməklə yanaşı, ölkə vətəndaşı olaraq referendumda səs verirəm
Sentyabrın 26-da Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə bağlı referendumun keçirildiyi mühüm tarixi gün olmaqla bərabər, həm də bir çox insan tərəfindən xüsusi əlamətdar hadisə kimi də qeyd olunub. Bu insanlardan biri, səsvermədə iştirak edən Bakı şəhər sakini Bağır Bağırovun referendum günündə 60 yaşı tamam olub.
Sentyabrın 26-da doğum gününü qeyd edən Bağır Bağırov 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 15 saylı seçki məntəqəsində səs verib. Fikirlərini bizimlə bölüşən Bağır müəllim bu tarixin onun üçün xüsusi əhəmiyyət daşıdığını bildirib: “Bu gün (dünən - red.) əslində mənim üçün ikiqat əlamətdar gündür. Belə ki, 26 sentyabrda 60 illik yubileyimi qeyd etməklə yanaşı, ölkə vətəndaşı olaraq referendumda səs verirəm. Hesab edirəm ki, 26 sentyabr 2016-cı il ölkəmizin ictimai-siyasi həyatında mühüm tarixi gün kimi yadda qalacaq. İnsanlar referendumda Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərə “hə” deməklə öz parlaq və işıqlı gələcəklərinə səs verirlər. Şübhəsiz ki, bu islahatlar Azərbaycanın inkişaf sürətini daha da artıracaq, hüquqi, dünyəvi və demokratik dövlət quruculuğu istiqamətində yeni-yeni uğurların əldə olunmasına gətirib çıxaracaq”.

Paylaş:
Baxılıb: 542 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31